Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hər şey bitdi": Azərbaycanlılar Zəngəzurun kəndinə daxil oldu - Foto
"Hər şey bitdi": Azərbaycanlılar Zəngəzurun kəndinə daxil oldu - Foto

Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi istiqamətində ciddi iş gedir. Proses qonşu ölkədə nə qədər böyük narazılıqla qarşılansa da, razılaşmanın şərtləri yerinə yetirilir.

Bizimyol.info xəbər verir ki, Azərbaycanlı hərbçilər yanvarın 2-də Zəngəzurun kəndinə daxil olub. Sosial şəbəkələrdə, Ermənistan saytlarında yayılan video və fotolarda bizim əsgərlərin Şurnuxuya girməsi görünür. Ermənistanda  Sünik (Zəngəzur) vilayəti adlandırdığı ərazinin yaşayış məntəqəsinin bir hissəsi tarixi vətəninə qaytarılır.

Akop Arşakyan Akop Arşakyan

Şurnuxunun kənd icmasının rəhbəri Akop Arşakyan sosial şəbəkədə canlı yayım açaraq real vəziyyəti göstərib. Azərbaycanlı hərbçilər torpaqlarımızın geri qaytarılması üçün konkret addım atıblar. Kənd icmasına xəbərdarlıq olunub. Yanvarın 5-nə qədər uyğun ərazi Ermənistanın nəzarətindən çıxır.

“Onlarda da xəritə var, bizdə də. Sərhəd kəndin ərazisindən keçməməlidir. Amma indi məlum olur ki, kitabxana onlarda qalacaq”,- Arşakyan belə deyib.

Azərbaycan nümayəndələri Şurnuxu kəndində Azərbaycan nümayəndələri Şurnuxu kəndində

Kənd icmasının rəhbəri çox sarsıldığını gizlətməyib. O, dilxorluğunu “hər şey bitdi” ifadəsi ilə çatdırıb.

Azərbaycan torpaqları zəbt edəndən sonra Ermənistan Zəngilan ərazisinin bir hissəsini Sünik vilayətinin nəzarətinə vermişdi. Azərbaycanın qələbəsindən sonra əldə olunan razılaşma isə sərhədlərə yenidən baxmaq zərurəti ortaya çıxarıb. Bu halda həmin ərazilər Azərbaycana qaytarılmalıdır.

Şurnuxu kəndi Gorus rayonunun ərazisinə daxil idi. Yaşayış məntəqəsi Ağbulaq, Şamsız, Şahverdilər, Çayzəmi kəndlərinin yaxınlığında, Qafan-Gorus magistral yolunun kənarında yerləşir. Kənddə ən qədim zamanlardan azərbaycanlılar yaşayıb. Hələ 1918-ci ildə də düşmən tərəf Şurnuxunu viran qoymuşdu.

Nikol Paşinyan Nikol Paşinyan

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə 20 ərazi vahidinin müzakirə mövzusu olduğunu bildirmişdi və bu açıqlama ölkədə böyük etirazla qarşılanmışdı.

Son xəbərlər
Bütün xəbərlər »