Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suqovuşana bayrağımızı sancan "spesnaz": “Təpənin üstündə durub bizə baxırdılar...”
İlkin Fərzəliyev

“Bayrağımızı Suqovuşana asmaq həm məsuliyyətli, həm gözəl, həm də şərəflidir. Döyüş başlamazdan əvvəl bayraq məndə idi, ora gedib çatanda biz həmin Talış istiqamətindən meşə ilə hərəkət etdik, 4 günə yaxın meşədə qaldıq.Yorğun şəkildə gəlib Suqovuşanın üstündəki hündür bir yüksəkliyə çatdıq. Komandir dedi ki, aşağı 4 nəfər düşüb, bayrağı asmalıdır”

Bunu Moderator.az-a Suqovuşana bayrağımızı sancan qəhrəmanımız İlkin Fərzəliyev deyib. Xüsusi təyinatlı qüvvələrdə xidmət edən İlkin vətən müharibəsi dövründə bir sıra yaşayış məntəqələrimizin, strateji yüksəkliklərin işğaldan azad olunmasında böyük məharət göstərib. Qəhrəmanlarımız 3 rəngli müqəddəs bayrağımızı vətən torpaqlarına sancmaq üçün şərəflə vuruşdular. İlkin daha sonra əlavə edib.

“Komandirə dedim ki, mənim üstümdə bayraq var, dedi ki, düş aşağı as. Mənimlə birlikdə aşağı 3 döyüşçü yoldaşım da düşdü. Biz ora ağır şərtlər qarşılığında düşdük. Nə cəhətdən ağır şərt? Çünki bayraq asılan yerdən, mənim arxa hissəmdən 1500-1800 metrlikdə ermənilər təpənin üstündə dayanmışdı. Yəni orda ermənilərin olduğunu bilirdik.

Bizə elə gəlirdi ki, bu torpaqlar 28 ildir xilaskarlarının yolunu gözləyirdi. O torpaqlara ayaq basdığımız an sanki torpaq səni özünə çəkirdi. Neçə illərdir bizim həsrətlə baxdığımız kimi inanın ondan da böyük həsrətlə o torpaqlar bizi gözləyirdi” - deyə qəhrəmanımız bildirib.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »