Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində restoranda yanğın olması barədə məlumat daxil olub.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.