Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2021 bizi 2020 problemləri ilə qarşılayacaq
Təqvim dəyişir

Gündəmin əsas xəbər başlıqları yenə qlobal pandemiya, xalqlararası münaqişələr, müharibələr, iqtisadi böhranlar, sosial iğtişaşlar olacaq...

2020 başa çatdı və araşdırmacılar hələ uzun müddət geridə buraxdığımız müasir insanlıq tarixinin ən qeyri-adi ili - 2020-nin nəticələrini saf-çürük edəcək, müxtəlif ehtimallar, proqnozlar irəli sürərək itkiləri hesablayacaqlar. Məlumdur ki, qlobal pandemiya bütün ölkələri hazırlıqsız yaxaladı, heç bir ölkə bu virusa hazır deyildi, hər bir ölkənin səhiyyə sistemi və iqtisadi potensialı bu planetar bəlaya özünəməxsus şəkildə ya cavab verməkdədir ya da böhran yaşamaqdadır. Bununla belə, pandemiya səlahiyyətli adamların toplumun fərqli ehtiyaclarına zamanında cavab verməyə hazır olma ehtiyacını da günün reallığına çevirdi. Eyni zamanda, dövlətlərin bu çətin vəziyyətdən müəyyən dərslər çıxardaraq, növbəti zaman dilimi üçün əvəzsiz təcrübə qazandığı da bir faktdır. Beləliklə, 2021-ci ilə daxil oluruq və yeni ildə qlobal dünyanın qarşısında ötən ildən ilişib qalan bir çox problemlərin həlli dayanır. Razılaşaq ki, önümüzdəki 12 ay üçün qlobal gündəmi şəkilləndirəcək əsas məsələlərə 2020-ci ildə baş verən hadisələr səbəb oldu. Belə demək mümkünsə, köhnə problemlər və açıq qalan suallarla yeni ilə davam edəcəyik. Hansılardır bu köhnə ildən təzə ilə miras qalan problemlər, sırayla davam edək.

"COVID-19"la mübarizə il boyu əsas problem olaraq qalacaq. İnkişaf etmiş ölkələr və bəzi inkişaf etməkdə olan ölkələr üçün ümumi dinamikanın yay mövsümünə qədər yaxşılaşacağı gözlənilir. Ehtimal var ki, digər inkişaf etməkdə olan ölkələr üçün "COVID-19" sıxıntıları 2021-ci ildən sonra da ciddi bir problem olaraq qalacaq. Gələn xəbərlər əsas verir ehtimal edək ki, Cənubi Amerikada yerləşən əksər ölkələr bu problemin öhdəsindən gəlməkdə çətinliklərlə üzləşəcəklər. Bundan əlavə, Hindistan kimi bəzi Asiya ölkələrində də virusla effektiv mübarizə apara bilməmək təhlükəsi və riski mövcuddur.

Ispaniya - koronavirus

İqtisadi çətinliklər dünyanı yenə təhdid etməkdə davam edəcək. Birinci rübün sonuna qədər hökumətlər "Helikopter pulu" tətbiqinə son qoyacaqlar. Hər kəs üçün maraqlı gələn bu "Helikopter pulu" ifadəsi iqtisadi artımı stimullaşdırmaq məqsədilə, son cəhd olaraq iqtisadiyyata böyük miqyaslı nağd pul axınını təmin etməyi nəzərdə tutan bir termindir. Bundan əlavə, ötən il maliyyə (fiskal) tənzimləyicilərinin çoxu obyektiv zərurətdən faiz dərəcəsini aşağı salmışdı və bu da inflyasiyanı artıran amillərdən idi. Sözügedən yanaşmanın yaratdığı problem iqtisadiyyatda nağd pulun çoxalmasıdır ki, bu da özüylə yüksək inflyasiya gətirir. Inkişaf etməkdə olan ölkələr bu problemi yenə yaşayacaqlar və bundan daha çox təsirlənəcəklər. Ümumiyyətlə, 2021 bahalıq ili kimi tarixə düşə bilər və əksər ölkələrin əhalisi, böyük ehtimalla, malların bahalaşmış qiymətləri ilə qarşılaşacaqlar.

Sosial narazılıqlar, əhali qruplarının müəyyən problemlər ətrafında səfərbər olunması, dağıdıcı aksiyalar, mitinqlər 2021-in əsas xəbər başlıqları olacaq. Əsasən, Avropa ölkələri və ABŞ kimi inkişaf etmiş ölkələrdə bu, böyük bir problem kimi davam edəcək. Qərb ölkələrini bürüyən sosial ağırlıqlı iğtişaşların ciddi sıxıntı olaraq olduğu kimi qalmasının tək bir səbəbi yoxdur. Səbəblər və mövzular qarışıqdır. Ancaq bununla belə, əvvəlki etirazlardan qaynaqlanan bir neçə mümkün səbəbi müəyyən edə bilərik:

• İqtisadi siyasətdən narazılıq. Hər bir qərb ölkəsinin 2020-ci ildən qalan ciddi sıxıntlardan dolayı yeni ildə də iqtisadi ziyan çəkəcəyi ehtimalı böyükdür. Elə bu səbəbdən də, 2020-ci ildə yaşanmış mənfi iqtisadi göstəriciləri tarazlaşdırmaq üçün hökumətlər populyar olmayan iqtisadi siyasət yürütmək məcburiyyətində qalacaqlar. Bu isə, bir çox əhali qruplarının gəlirlərinə pis yöndə təsir edəcək ki, nəticədə narazılıqlar yaradacaq.

• Sosial ədalətsizliklərdən qaynaqlanan sosial səfərbərliklər. "Black Lives Matter" və buna oxşar sosial ədalət hərəkatları, ABŞ-da 2020-ci ildə önümüzə çıxan irqi ayrıseçkiliklə bağlı etiraz aksiyalarına oxşar kampaniyalar başlatmaqdan ötrü hər hansısa bir neqativ sosial olayı bəhanə edə bilərlər. 2020-nin son rübündə Fransanı qarışdıran və dağıdıcı aksiyalara səbəb olan bəzi hökumət qərarları bu mənada öz aktuallığını hələ də saxlayır. Önümüzdəki on il boyunca hər hansısa sosial etiraza qaçaraq bir baxış, böyük ehtimalla, hər bir narazılıq üçün bir ortaq kilid səbəb ortaya çıxaracaqdır. Məsələn, bilirik ki, əsasən Qərb ölkələrində son on illiklər yüksək inkişaf tempi fonunda dayanıqlı sosial normalar formalaşmışdı, hansı ki, son bir il ərzində məlum pandemiya səbəbindən bu standart normalar axsamağa başladı. Təsəvvür edin ki, bir sosial norma və ya yaşam standartı ilə insanların və ya qrupların sözügedən normalardan və ya haqlardan məhrum edilməsi arasındakı fərq nə kimi sosial kataklizmlərə səbəb ola bilər. Belə məhrumiyyətlər meydana gəldiyi zaman insanlar sosial yönümlü etiraz hərəkatlarına qoşulmağa meylli olurlar. Məsələn, Ərəb Baharı və bu kimi xalq hərəkətlənmələri buna parlaq bir misaldır...

• Zəif iqtisadi göstəriciləri olan avtoritar rejimlərə qarşı siyasi etirazlar 2021-də də ciddi bir səbəb kimi ortaya çıxacaq kimi görünür. Bu cür situasiyalarda qtisadi durumun ağırlaşması etirazlara təkan verməkdə davam edəcək. Çünki avtoritar rejim tipinin bir çox ölkələrdə dəyişməyən reallıq olması ağırlaşdırıcı təzyiq rolunu oynayacaq. Bu etiraz aksiyalarının, böyük ehtimalla, mərkəzləşdirilməmiş narazılıqların yayqınlığı səbəbindən hələ uzun müddət davam edəcəyi proqnozlaşdırılır. Hələ ki, bir çox mövcud qeyri-demokratik hakim elitalar təslim olmayaraq, bu tip etirazçılara müqavimət göstərirlər o ümidlə ki, bəlkə narazılıqlar bu yollla azala bilər. Belarusda keçirilən seçkilərdən sonra başlayan xalq hərəkatını haqqında bəhs etdiyimiz etirazlar üçün yaxşı bir nümunə hesab etmək olar.

Təbii ki, arzulamasaq da belə, 2021-ci ili müharibələrsiz təsəvvür etsək, sadəlövh olarıq. Görünən bu ki, hibrid qarşıdurmalar və proksi-müharibələr (bu elə bir müharibə növüdür ki, iki dövlət və ya qeyri-dövlət aktyorları arasında baş verən silahlı toqquşmada özləri birbaşa iştirak etmirlər, əsasən təhriklə baş tutur, yəni birbaşa döyüş əməliyyatlarında iştirak etmədən, digər savaşan tərəflərin kölgəsində mövcud olurlar) beynəlxalq münasibətlər sistemindəki mövcud nizamı məhv etmək üçün böyük bir "potensiala" sahib olacaq. Yəni, böyük güclər arasındakı qarşıdurmalar dolayı yollarla baş verəcək və bu, böyük ölçüdə, qeyri-ənənəvi savaşların tətbiqi ilə əlaqələndiriləcək. Ən çox yayılmış metodlar arasında casusluq, kiber-müharibələr, informasiya savaşı və haker sızmalarını qeyd edə bilərik. Bu tip müharibələrlə, ölkələrə işin içində olmadıqları görüntüsünü yaratmaq daha çox xarakterikdir. Məsələn, ABŞ-dakı prezident seçkilərinə haker müdaxilələri zamanı müvafiq ittihamlara məruz qalan qlobal güc mərkəzləri Çin və Rusiya ayrı-ayrılıqda onlara ünvanlardan boyun qaçırmaqla işin içindən sıyrılmağı bacarmışdılar. Bunda başqa, belə yanaşmanın müsbət cəhəti ondan ibarətdir ki, bu tip qarşıdurmalar zamanı birbaşa dağıdıcı hərbi qarşıdurma ehtimalının aşağı olmasına imkanlar açılır. Ancaq mənfi cəhəti də var, bu da ondan ibarətdir ki, tərəflər arasında münasibətlər kritik həddə qədər gərginləşir və bu, münasibətlərin uzunmüddətli dayanıqlı inkişafını tormozlayır. Nəticədə başqa ölkələr də qlobal xarakter alan bu qarşıdurmalardan mənfi planda öz nəsibini almış olur. Proksi-müharibələrindən danışarkən isə qeyd etmək lazımdır ki, bu, digər bölgələrdə və ölkələrdə əsas qlobal güc mərkəzlərinin siyasi maraqlarını təşviq etmək üçün ən ümumiləşdirilmiş vasitə olacaq. Önümüzdəki illərdə, xüsusilə 2021-də bu cür münaqişələrin intensivliyi azalmayacaq.

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi
Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
Son xəbərlər
Bütün xəbərlər »