Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Peyvənd olunan şəxs xəstəliyi çox yüngül şəkildə keçirəcək" - İnfeksionist
Peyvənd - Həkim iynə

"Sinovac" vaksini kliniki sınaqlardan uğurla keçdiyinə görə, bir çox ölkələrdə geniş şəkildə tətbiq olunmağa başlanılıb".

Bunu milli.az-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.

İnfeksionist bildirib ki, nə qədər çox insan peyvənd olunsa, xəsətəliyin qarşısı da o qədər çox alınmış olacaq:

"Peyvənd aktiv şəkildə olan mikro ştammın öldürülmüş halda orqanizmə daxil edilməsi və ona qarşı antitellərin əmələ gəlməsi prosesidir ki, süni yolla bu orqanizmə daxil olunur ki, orqanizm nə zamansa təbii şəkildə bu virusla qarşılaşdığında ona qarşı artıq antisilalar bədəndə olduğuna görə tam sərbəst şəkildə mübarizə apara bilir və xəstəliyi çox yüngül şəkildə, çox yüngül əlamətlərlə keçirir. Artıq yatağa düşmür, artıq ağırlaşmır, ambulator şəkildə ayaqüstə bu xəstəliyi keçirə bilir.

Çinin "Sinovac" peyvəndi standart üsulla hazırlanmış peyvənd növlərindən biridir. ABŞ tərəfindən hazırlanmış digər peyvəndlər bilirik ki, hazırda onlar haqda bir məlumat var ki, mılumat RNT-nin (hüceyrədə informasiyanın genlərdən zülala ötürülməsi yəni transkripsiya və translyasiya proseslərində, eləcə də genetik ifadə prosesinin tənzimlənməsində birbaşa iştirak edən DNT kimi nukelotidlərdən ibarət makromolekul) üzərindən hazırlandığına görə tətbiqi bir qədər məhduddur və daha da bahalıdır. Amma "Sinovac" peyvəndinin hazırlanması həm standart üsulla olduğuna görə daha çox qəbul olunur, üstəlik də qiyməti daha uyğundur. İnanıram ki, insanlarımız tərəfindən bu normal qəbul olunacaq və hər kəs özü mariflənmiş şəkildə bunun normal olduğunu qəbul edərək peyvənd olunacaq.

Nə qədər çox insan peyvənd olunsa, nə qədər çox insanlar arasında bu, geniş şəkildə marifləndirilsə, o qədər daha yaxşı olar. Çünki artıq bu xəstəlikdən həm ağırlaşmış vəziyyətdə olan xəstələr çox az olar, həm ölüm faizi azalar, həm yoluxanların sayı azalmış olur. Buna görə də vaksinin əhəmiyyəti olduqca böyükdür".

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »