Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paytaxtdakı küçələr növbəti dəfə dezinfeksiya olunub
Dezinfeksiya

Başa vurduğumuz 2020-ci il koronavirus (COVID-19) pandemiyasının qısa müddətdə çox geniş yayılaraq bütün ölkələrdə ciddi fəsadlar törətməsi ilə, iqtisadiyyat və digər sahələrdə böhranlarla yadda qalıb. Artıq dünyada bu virusa yoluxanların sayı 84 milyon, ölənlərin sayı isə 1,8 milyon nəfəri ötüb. Bütün dünya dövlətləri bu bəla ilə ciddi mübarizə aparır.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı görülən işlər daha da genişləndirilib.

Paytaxtımızda koronavirusla (COVID-19) bağlı mövcud vəziyyət nəzərə alınaraq yanvarın 2-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları 2021-ci ildə birinci, ölkədə əks-pandemiya tədbirlərinin əvvəlindən isə on doqquzuncu dəfə əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirirlər.

Gün ərzində paytaxtın həm mərkəzi, həm də qəsəbə və yaşayış massivlərindəki küçələrində dezinfeksiya işləri aparılacaq.

Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyi nəzərə alınaraq şəhər sakinləri əvvəlcədən KİV-lər vasitəsilə xəbərdarlıq ediliblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun olaraq qurumun balansındakı yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərini davam etdirirlər.

Xatırladaq ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı pandemiyanın fəsadlarından qorumaqdır.

Koronavirusun daha da çox yayılmasının qarşısını almaq üçün vətəndaşlardan karantin qaydalarına ciddi riayət etmələri xahiş olunur.

Paylaş »
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› Baydenin andiçməsindən maraqlı anlar: Klintonun yatması, Senatorun əlcəkləri - Video
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
Son xəbərlər
Bütün xəbərlər »