Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Senat Trampın vetosuna üstün gəldi
ABŞ Konqresi

ABŞ Senatı Prezident Donald Trampın qanuna qoyulan vetosunu aşaraq, 2021-ci maliyyə ili üçün müdafiə büdcəsinə səs verib

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, sənədi yuxarı palata üzvlərinin üçdə ikisindən çoxu dəstəkləyib.

Müdafiə büdcəsi Rusiyanın "Şimal Axını — 2" və "Türk axını" boru kəmərlərinə qarşı sanksiyaların genişləndirilməsini, Ukraynaya silah tədarükünün davam etdirilməsini, Amerika və Rusiya hərbçilərinin əməkdaşlığına qadağa qoyulmasını, Rusiya S-400 ZRK-lərinin alınmasına görə Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutur.

Xatırladaq ki, ötən həftə Tramp Konqresin hər iki palatası tərəfindən təsdiqlənmiş büdcəni bloklayıb. O, sənədi Rusiya və Çinə "hədiyyə" adlandıraraq onu imzalamaqdan imtina edib.

Prezidentin əsas iddiaları ABŞ-da Vətəndaş müharibəsi dövründə ölkənin quldarlıq quruluşunun hökm sürdüyü cənubunun hərbi komandirlərinin şərəfinə adlandırılmış hərbi bazaların adının dəyişdirilməsini, eləcə də sosial şəbəkələr və KİV-lər üçün dərc etdikləri materialların məzmununa görə məsuliyyət nəzərdə tutan maddələrə aid idi.

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Oqtay Gülalıyevi vuran sürücü həbs edildi
Son xəbərlər
Bütün xəbərlər »