Türkiyənin İzmir vilayətində səhər saatlarında zəlzələ olub.
Bizimyol.info xəbər verir ki, bu barədə haberturk.com Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən bildirilib.
Qeyd edilir ki, yeraltı təkanlar Urla rayonunda yerli vaxtla saat 05:25-də 4 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 6,84 kilometr dərinlikdə, yeraltı təkanların episentri Urladan 19,49 kilometr məsafədə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.