Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir ölkə İngiltərəyə uçuşları bərpa edir
Təyyarə

Norveç Böyük Britaniyaya uçuşlara qoyulan qadağanı ləğv edir və yanvarın 2-dən etibarən iki ölkə arasında hava reysləri bərpa olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Bununla yanaşı, Norveç hökumətinin qərarına görə, koronavirusla bağlı çətin vəziyyətdə olan ölkələrdən Norveçə səfər edən şəxslər “COVID-19” testinin mənfi olması ilə bağlı məlumat təqdim etməlidirlər.

Bundan əlavə, Norveçdə öz yaşayış yeri olmayan insanlar ölkəyə gəldikdən sonra 10 gün ərzində oteldə karantində qalmalıdırlar.

Xatırladaq ki, bir çox Avropa ölkəsi kimi Norveç də keçən il 21 dekabrdan mutasiya olunmuş koronavirus infeksiyasının yayılması ilə əlaqədar Böyük Britaniya ilə hava sərhədini bağlamışdı.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
››› Nazirin Sumqayıtın polis rəisini işdən çıxardı
Son xəbərlər
Bütün xəbərlər »