Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfir: Azərbaycan beynəlxalq hüququn prinsiplərini təkbaşına həyata keçirməyi bacardı
Rəhman Mustafayev

Nəhayət, tarixi ədalət bərpa edildi. Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş rayonları azad edildi. Bu, müasir beynəlxalq münasibətlər tarixində misilsiz bir hadisədir. İlk dəfə BMT üzvü olan bir ölkə beynəlxalq hüququn prinsiplərini təkbaşına həyata keçirməyi bacardı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş, 28 il ərzində “ölü sənəd” kimi qalmış 4 qətnaməsinin olmasına baxmayaraq, biz qanunu özümüz tətbiq etdik. İndi yeni bir dövr başlayır: işğaldan azad olunmuş ərazilərin yenidən qurulması.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “Le Courrier de l’Atlas” portalında dərc edilmiş “Dağlıq Qarabağ: beynəlxalq hüquq bərqərar oldu” adlı müsahibəsində bildirib.

Müsahibədə Ermənistan tərəfinin münaqişəyə dini don geyindirməyə çalışdığı qeyd edilərək bildirilib ki, ermənilərin münaqişə ilə bağlı tarixi və hüquqi dəlilləri yoxdur. Ermənistan din amilindən istifadə edərək Avropa ölkələrində, xüsusilə də Fransada xristianların dəstəyini qazanmaq niyyəti güdür və münaqişəni dinlərarası qarşıdurma kimi təqdim etmək istəyir. Azərbaycan isə hüquqi yola üstünlük verir. BMT Təhlükəsizlik Şurasının, eləcə də bir çox beynəlxalq təşkilatların qətnamə və qərarları ilə təsdiqləndiyi kimi, münaqişənin əsil mahiyyəti Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğal olunmasıdır. Bu, siyasi məsələdir.

Ermənilərin regionda olmasına dair suala cavab verən səfir deyib ki, regionda ermənilərin olması inkar edilmir. Regionda azərbaycanlılar, ermənilərlə yanaşı, 48 etnik və dini azlığı təmsil edən xalqların nümayəndələri də olub. Birinci Qarabağ müharibəsi zamanı ermənilər bütün bu dini və etnik azlıqların nümayəndələrini də doğma evlərindən didərgin saldılar. Dini və etnik müxtəlifliyin qorunub saxlanıldığı regionu Ermənistan monoetnik hərbi kazarmaya çevirdi.

Səfir təəssüflə bildirib ki, bu gün Fransada siyasi və bir çox digər mülahizələrə görə müəyyən təsir dairələri erməni icmasının maraqlarını Azərbaycan icmasının maraqlarından üstün tutur. Ən pisi də odur ki, ölkədə həddən artıq müdafiə edilən kommunitarizm beynəlxalq hüquqdan və Fransanın qanunlarından üstün tutulur. Azərbaycan Respublikası isə bizim tərəfimizdə olan beynəlxalq hüququn norma və prinsiplərindən ilhamlanır.

Paylaş »
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› Açıq-gizli Şuşa mesajları
››› İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Makron Ərdoğana türkcə başlayan məktub göndərdi
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
Son xəbərlər
Bütün xəbərlər »