Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynalı ekspert: “İşğaldan azad olunmuş ərazilərdə təxribat cəhdləri bir neçə ay davam edə bilər”
Ukrayna ordusu

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ayrı-ayrı təxribat cəhdləri bir neçə ay davam edə bilər. Lakin onlar yatırılacaq. Adətən, münaqişənin hərbi mərhələsi bitdikdən sonra qayda yaratmaqla xüsusi strukturlar və təhlükəsizlik qüvvələri məşğul olur”.

Bu barədə müdafiə və təhlükəsizlik sahəsində tanınmış ukraynalı mütəxəssis Oleq Starikov media.az-a erməni silahlılarının Xocavənd rayonuna 27 dekabrdakı hücumunu şərh edərkən deyib.

Xatırladaq ki, orada azərbaycanlı hərbçi Elmir Qənbərov şəhid olub, altı erməni təxribatçı məhv edilib.

Mütəxəssisin sözlərinə görə, indi münaqişə sonrası nizamlama mərhələsidir, bu, bir həftəyə, bir aya və ya bir günə həll edilmir:

“Nəzərə alınmalıdır ki, çox güman ki, Ermənistan silahlı birləşmələrinin bütün nümayəndələri bu ərazini tərk etməyiblər. İndi buna qarşı mübarizə aparmaq, sərt əks-kəşfiyyat tədbirləri təşkil etmək lazımdır. Əlbətdə, qayıdanları müəyyənləşdirmək lazımdır”.

O, ermənilərin kompakt şəkildə Dağlıq Qarabağ ərazisinin bir hissəsində yaşaması ilə bağlı da danışıb:

“Azərbaycanın mərkəzi orqanları siyasi və humanitar məsələləri həll etməyə hazır olduqlarını göstərməlidirlər. Əlbəttə ki, əsas məsələ regional iqtisadiyyatın bərpasıdır. Bu, yerli əhalinin gündəlik qazanc əldə etməsinə imkan verəcək. Onda təxribat hücumları dayanacaq”.

Paylaş »
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› Açıq-gizli Şuşa mesajları
››› İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Makron Ərdoğana türkcə başlayan məktub göndərdi
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
Son xəbərlər
Bütün xəbərlər »