Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Millimizin baş məşqçisi: "Gənc futbolçulara yaşıl işıq yandırmalıyıq"
Futbol

"Biz gənclərin keyfiyyətlərindən yararlanmağa cəhd etmək üçün cəsarət toplamalıyıq".

"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Biazi "Tuttosport"a müsahibəsində söyləyib. İtaliyalı mütəxəssis qorxulu bir şeyin olmadığını bildirib: "Bu gün gənclər əvvəlki dövlərdən daha tez yetişirlər".

64 yaşlı baş məşqçi xatırladıb ki, gənclərə yaşıl işıq yandırmağın tərəfdarı olduğunu hələ "Torino"da ikən klub prezidenti Umberto Kayroya da deyib: "Mən gənclərdən ibarət kollektiv formalaşdıraraq, "Torino"nu sıfırdan qurmaq istəyirdim. Amma həmin vaxt bir şey çıxmadı. İndi isə komandanın heyətində 20 yaşlı vinger Vilfrid Sinqonu bəyənirəm. Ona güvənmək lazımdır".

Qeyd edək ki, Canni De Biazi "Torino"da üç dəfə - 2005-2006, 2007 və 2008-ci illərdə baş məşqçi kimi çalışıb.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »