Ermənistanın baş naziri Nikol Paşinyan ölkədəki ümumi vəziyyəti tam idarə edə bilmir.
Təkcə müşahidə belə demir. Ayrı-ayrı siyasətçilərin ifadələri də Paşinyanın gücsüzlüyünü qınayır.
Bizimyol.info xəbər verir ki, Ermənistanın baş naziri Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin rəhbəri Rüstəm Muradovun kölgəsində qalır. Bənzər fikri Azərbaycana məğlub olmuş ölkənin keçmiş vitse-spikeri Eduard Şarmazanov da səsləndirib.

“İndi Rüstəm Muradovun əlində daha çox hakimiyyət var, nəinki Nikol Paşinyanın. Ermənistanda hakimiyyət, suverenlik varmı? Paşinyan dediklərinin tam əksini etdi. Sevgi əvəzinə düşmənçilik toxumu səpdi. Birlik əvəzinə cəmiyyəti “ağlar”a və “qaralar”a böldü. Qələbə əvəzinə məğlubiyyət gətirdi, suverenlik yerinə Əliyevə güzəştlər”.
Eduard Şarmazanovun sözlərinə görə, indi Ermənistanda Rusiya ilə ittifaq imkanlarını rədd edən istənilən adam Türkiyəyə yardım göstərmiş olur. Respublika Partiyasının nümayəndəsi düşünür ki, Ermənistanda Rusiya hərbi gücü artmalıdır. Şarmazanov şimal dövlətinin hərbi bazasını genişləndirməyi və ya yenisini yaratmağı məsləhət görür.

Rusiya sülhməramlıları Azərbaycana 2020-ci il noyabrın 10-da yerləşdirilib. Bölgəyə 1960 rus əsgəri və xeyli нучтшлф gətirilib. Rüstəm Muradov sülhməramlı qüvvələrin ilk rəhbəridir. General-leytenant 2017-ci ildə Rusiya Federasiyasını milli qəhrəmanı adına layiq görülüb.