Almaniya kansleri Angela Merkel peyvənd kampaniyası çərçivəsində növbəsi çatanda özünün də peyvənd olunacağını açıqlayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə o, Yeni il münasibəti ilə xalqa müraciətində deyib: “Hər gün getdikcə daha çox insan peyvənd olunur, addım-addım digər yaş və peşə qruplarına - sonra da istəyən hər kəsə növbə çatacaq. Mən də öz növbəm çatanda peyvənd olunacağam”.
Merkel qeyd edib ki, peyvəndlər 2021-ci il üçün ümid simvollarından biridir.