Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanın Baş naziri: “Şahdəniz yatağından qaz tədarükünün başlaması böyük bir addımdır”
Giorgi Qaxaria

“Şahdəniz yatağından Avropa İttifaqına qaz tədarükünün başlaması enerji təhlükəsizliyi sahəsində irəliyə doğru böyük bir addımdır”.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş naziri Giorgi Qaxarianın bəyanatında belə bildirilib. Qeyd olunub ki, dəhliz Avropada yerli qaz istehsalının azaldılmasını kompensasiya edilməsinə yardım edəcək.

"Cənub Qaz Dəhlizinin vacib məqsədlərindən biri ümumi Avropa bazarında rəqabətin gücləndirilməsidir. Eyni zamanda, Balkan ölkələrindən bu vaxta qədər mümkün olmayan ekoloji baxımdan təmiz və kommersiya baxımından cəlbedici təbii qaz tədarükü Rusiyadan qaz idxalından kritik həddə asılılığı azaldacaq”.

Məlumatda qeyd olunub ki, 7 Avropa ölkəsindən 10 əsas alıcıya və Türkiyəyə xidmət edəcək Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Gürcüstan həm ev sahibi kimi, həm də hökumətlərarası razılaşmalara əsasən iki dəfə ucuz qiymətə təbii qaz əldə edəcək. Bildirilib ki, 2066-cı ilədək keçərli olacaq razılaşmaya əsasən Gürcüstan nəql olunan qazın 5%-nə sahib olacaq. Bundan başqa 2026-cı ilədək keçərli olan digər razılaşmaya əsasən Gürcüstan illik 500 mln. kubmetr qaz qəbul edəcək. Məlumatda qeyd olunub ki, Bu vaxtadək Azərbaycan qazının Türkiyəyə, Rusiya qazının Ermənistana çatdırılması ilə regional qaz layihələrində tranzit ölkə olan Gürcüstan indi bu sahədə beynəlxalq oyunçulardan birinə çevrilir.

“Bundan sonra ölkə ərazisindən nəql edilən təbii qaz həm beynəlxalq, həm də Avropa enerji bazarlarının diversifikasiyasına xidmət edəcək və tədarük təhlükəsizliyini gücləndirəcək”, -deyə Baş nazirin mətbuat xidmətinin məlumatında bildirilib.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »