Ermənistan polisinin rəhbəri Vaqe Kazaryan Qarabağda verilən itkilərdən danışıb.
O, İkinci Qarabağ müharibəsi zamanı xeyli sayda polis əməkdaşının öldürüldüyünü etiraf edib.
“2020-ci il çətin il oldu. Bu il ölkəmizə və vətəndaşlarımıza baha başa gəldi. Ermənistan polisi böyük itkilər verdi. Döyüşlərdə onlarla həmkarımız öldü. Yeni ildə ölkəmizə sülh və əmin-amanlıq arzu edirəm, polislərə isə uğurlar, layiqli xidmət diləyirəm”, - deyə Kazaryan bildirib.