Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
COVID-19-un mutasiya olunmuş forması Afrikada sürətlə yayılır
Karantin koronavirus maska dezinfeksiya

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada COVID-19-un mutasiya olunmuş yeni formasının sürətlə yayıldığı barədə xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki, təşkilat SARS-CoV-2 yeni virusunun qarşısını almaq üçün hökumətləri təcili tədbirlər görməyə çağırıb. ÜST-ün Afrika üzrə regional direktoru Matşidiso Moeti bildirib ki, mutasiya olunmuş virus daha sürətlə yayılır və onun əlamətləri laboratoriya şəraitində öyrənilərək adekvat addımlar atılmalıdır. Bu məqsədlə qitə ölkələrində 12 laboratoriya fəaliyyətə başlayıb. ÜST-ün təmsilçisi əlavə edib ki, COVID-19-a qarşı preventiv tədbirlər virusun mutasiya olunmuş variantına qarşı da təsirlidir.

Mutasiya olunmuş virusun ən çox yayıldığı Cənubi Afrika Respublikasında son sutka ərzində rekord sayda – 17 710 insan COVID-19-a yoluxub, 465 pasiyent vəfat edib. Şimali Afrikanın ən böyük ölkəsi olan Misirdə isə yeni növ koronavirusa yoluxanların sayı 1411 nəfərə çatıb, 59 pasiyent isə dünyasını dəyişib.

Son rəsmi məlumata görə, indiyədək Afrika qitəsində COVID-19-a 2 milyon 744 nəfər yoluxub, 65 minə yaxın insan isə vəfat edib.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »