Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saqatelyan : "Paşinyan Əliyevlə yeni sənəd imzalayacaq"
İlham Əliyev, Nikol Paşinyan

"Yaxın vaxtlarda Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurun əhəmiyyətli hissələrinin Azərbaycana verilməsini qanuniləşdirəcək".

Bizimyol.info xəbər verir ki, belə bir açıqlamanı Ermənistan İnqilab Federasiyası "Daşnaksutyun" partiyası Ali Şurasının nümayəndəsi və "Vətənin Xilası Hərəkatı"nın üzvü İşxan Saqatelyan verib.

İşxan Saqatelyan İşxan Saqatelyan

"Baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə yeni bir sənəd imzalayacaq. Baş nazir hələlik öz planlarının cəmi 25 faizini reallaşdırıb. "Təslim aktı"ndan keçən 50 gün ərzində Azərbaycana qızıl yataqları, Hadrut rayonunun Xsaberd və Xin Taqer kəndləri, Gorus-Qafan magistral yolunun müəyyən hissələri, o cümlədən könüllülər tərəfindən qorunan vacib mövqelər, Su-Elektrik Stansiyası, Sünikin Vorotan (Urud - red.) və Şurnux yaşayış məskənləri verilib",- deyə Saqatelyan bildirib.

Urud kəndi Urud kəndi (Zəngəzur)

Onun fikrincə, Paşinyanın 6 ay üçün nəzərdə tutulmuş planları torpaqların hissə-hissə "verilməsi" üçündür: "Öz 6 aylıq planı çərçivəsində Laşının bir sıra yaşayış məntəqələrini, Karaunc kəndinin 30 hektarlıq ərazisini, Tavuş rayonunun bir sıra kəndlərini Azərbaycana verəcək. Yaxın vaxtlarda Nikol Paşinyan şifahi qaydada üzərinə götürdüyü öhdəliklər əsasında hədiyyə olunmuş ərazilərin qanuniləşdirilməsi üçün Əliyevlə yeni bir sənəd imzalayacaq".

Saqatelyan hesab edir ki, 6 aylıq plan və ya növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı uydurma gündəm "əslində vətənin hissə-hissə Azərbaycana verilməsindən başqa bir şey deyil".

O qeyd edib ki, əgər Paşinyan 50 gün əvvəl hakimiyyətdən uzaqlaşdırılsaydı, yuxarıda sadalanan və gələcəkdə gözlənilən "itkilər" baş verməzdi: "Biz mümkün qədər tez bir zamanda baş nazirin öz postundan getməsinə nail olmalıyıq. Qalan bütün mövzular uydurma gündəmdir".

Vazgen Manukyan Vazgen Manukyan

Xatırladaq ki, üçtərəfli bəyanat imzalanandan bu yana Ermənistanda müxalif qüvvələr ara vermədən aksiyalar keçirirlər. Müxalifətçilər Paşinyanın istefasını tələb edirlər. Onlar baş nazir postuna müvəqqəti namizəd olaraq Ermənistan İctimai Şurasının keçmiş sədri Bazgen Manukyanı irəli sürüblər.

Bununla belə, Paşinyan bildirib ki, onun istefa vermək fikri yoxdur və onu yalnız xalq istefaya göndərə bilər. Bir neçə gün əvvəl müsahibə verən Nikol Paşinyan Azərbaycanla sərhəddə 20 ərazi vahidi ilə bağlı danışıqların aparıldığını deyib. O, həmçinin əlavə edib ki, "ağrılı" qərarlar ola bilər. Müxalifət isə bu açıqlamanı həmin 20 ərazi vahidinin Azərbaycana veriləcəyi kimi "tərcümə" edib.

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »