Salyan rayonundakı su kanalında 1 nəfərin meyiti aşkar edilib.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyində verilən məlumata görə, "112" qaynar telefon xəttinə Salyan rayonunun Qarabağlı kəndində su kanalında aşkar edilmiş 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1970-ci il təvəllüdlü Xəlilov Elçin Yadulla oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.