Bakıda oğurluq hadisəsi baş verib.
Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nəqliyyat vasitəsi qaçırdığına görə tutulan N.Sadıqovun ətrafında Bakı Şəhəri Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onun cari ilin iyunun 13-də bir mənzildən 500 manat, 700 ABŞ dolları və 2 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.