Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrük Akademiyasının rəisi Qulu Novruzov: "Bu il Azərbaycanın Zəfər ili oldu"
Qulu Novruzov

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn iclas keçirilib.

Akademiya rəisi Qulu Novruzov bütün dünyada və Azərbaycanda pandemiya şəraiti olmasına baxmayaraq, 2020-ci ilin həm ölkəmiz, həm də Akademiya üçün uğurlu bir il olduğunu deyib. O, bu ilin Azərbaycanın Zəfər ili olduğunu bildirib. Akademiya rəisi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəni əldə etdiyini vurğulayaraq, bu zəfərlə Azərbaycan tarixinə qızıl salnamə yazıldığını deyib.

Vətən müharibəsində gömrük xidməti əməkdaşlarının, o cümlədən Akademiyanın əməkdaşları və məzunlarının iştirakından söz açan Qulu Novruzov bütün qəhrəman qazilərin və müqəddəs şəhidlərin ruhu qarşısında hər birimizin borclu olduğunu qeyd edib.

Qulu Novruzov Akademiyanın 2020-ci ildəki fəaliyyətinə toxunub. 2020-ci ilin Akademiyada “Beynəlxalq əməkdaşlıq ili” elan olunduğunu xatırladan Qulu Novruzov il ərzində bu sahədə görülən işlərdən razılıq ifadə edib. Bir sıra ölkələrlə yaradılan əlaqələr və qurulan əməkdaşlıqlar haqqında söz açan Akademiya rəisi Şimali Makedoniya, Estoniya, Litva, Latviya, İspaniya, Ukrayna, Koreya və digər ölkələrlə imzalanan müqavilələrdən danışıb, o cümlədən Birləşmiş Millətlər Təşkilatının (BMT) müxtəlif layihə və proqramlarında Akademiyanın təmsil olunmasını yüksək dəyərləndirib. edX® ilə əməkdaşlığa toxunan Qulu Novruzov tələbələrlə yanaşı, gömrük xidməti əməkdaşlarının bu modullardan istifadə etmə imkanının olduğunu vurğulayıb. O, beynəlxalq platformalarda Akademiyanın təmsil olunmasının yeni əməkdaşlıqlar üçün imkanlar yaratdığını diqqətə çatdırıb.

Qulu Novruzov Akademiyanın Türk Standartları İnstitutu (TSİ) ilə əməkdaşlığından danışaraq, bu əməkdaşlıq çərçivəsində İSO ilə bağlı görülən işlərə toxunub. Bu istiqamətdə Akademiyada aparılan işləri qənaətbəxş qiymətləndirib, işçi qrupuna təşəkkür edib.

Pandemiya şəraitində tədris prosesinin təşkilindən danışan Akademiya rəisi onlayn tədrisin, qiymətləndirmə prosesinin uğurla həyata keçirildiyini deyib. O, tələbələrin onlayn dərslərdə davamiyyətinin yüksək olduğunu qeyd edib. Qulu Novruzov kadr hazırlığı, həmçinin ixtisasartırma təlimlərinin təşkili ilə bağlı məsələlərdən də söz açıb. O, gömrük əməkdaşlarının peşəkar hazırlığı ilə bağlı görülməli olan işlərdən danışıb və bu istiqamətdə qarşıda duran vəzifələrə toxunub.

Vətən müharibəsində Akademiya tələbələrinin informasiya müharibəsində iştirakından danışan Akademiya rəisi onların bu istiqamətdə fəaliyyətini yüksək dəyərləndirib. O, Akademiyanın hər zaman tələbələri dəstəklədiyini deyib.

Qulu Novruzov 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Akademiyanın tələbələrini, professor-müəllim heyətini və bütün əməkdaşlarını təbrik edib, hər birinə uğurlar arzulayıb.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »