Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Akar Bakıda: "Hər kəs ağlını başına toplasın..." - Açıqlamalar
Hulusi Akar - Zakir Həsənov

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, general Yaşar Gülər ​​və Qüvvət komandirləri Azərbaycana gəlib.

Teleqraf.com xəbər verir ki, Hulusi Akar və Türk Silahlı Qüvvələrin komandanlığı Türkiyə ilə Rusiya arasında qurulan birgə monotorinq mərkəzində çalışacaq türk əsgərləri ilə Bakıda görüşüb.

Hülusi Akar bildirib ki, birgə mərkəzdən atəşkəs izləniləcək: “Dostlarımız vəzifəmizi yerinə yetirməyə hazırdır. Birgə mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək, azərbaycanlı qardaşlarımızın hüquqlarını müdafiə etmək vəzifəmizi yerinə yetirəcəyik”.

Nazir qeyd edib ki, hər şey aydın və birmənalıdır, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır: "Bunu hər kəs ağlına yazmalıdır, kimsə unutmasın. Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” ifadəsi bizim dostluğumuzun, qardaşlığımızın mənasını təşkil edir”.

Hulisi Akar Azərbaycan Ordusunun lazım olanı gözlərini qırpmadan icra etdiyini bildirib: “Azərbaycan özünün azadlığı, müstəqilliyi və torpaqlarının xilası üçün həqiqətən sinəsini sipər etdi. Hərbi marşda deyildiyi kimi, “Azərbaycan əsgəri dönməz geri”. Hər kəs bayraq üçün canını ortaya qoydu və bayraqlanan ölkənin torpaq təhlükəsizliyi Azərbaycan Silahlı Qüvvələri tərəfindən yerinə yetirildi, bu torpaqlar həqiqi sahiblərinə verildi.

Qəhrəman Azərbaycan Ordusu dünyanın 30 il seyr etdiyi torpaqlarının işğalına son qoydu. Azərbaycan türk tarixinə tarixi 44 günü qızıl hərflərlə yazdı. Bu 44 gündə əldə edilən uğur inşallah 44 il və daha çox danışılacaq”.

Akar qeyd edib ki, Ermənistanın törətdiyi qırğınlar, faciələr əsla unudulmayacaq: “Türkiyə ilə Azərbaycan "Ölürsə şəhid, qalırsa qazi” bilriyini davam etdirəcək. Bu birlik sonsuza qədər davam edəcək. Ümid edirəm bu, ölkələrimizin, türk millətinin xeyrinə olacaq və gələcəyin təminatı olacaqdır. Necə ki, 102 il əvvəl Nuri Paşa ilə birlikdə çiyin-çiyinə işğalçılara qarşı Azərbaycan türkü mübarizə apardı və qazandı, bu gün də eyni ruhu yaşadır. Biz çiyin-çiyinə dayanıb hər cür risk və təhdidə qarşı mübarizəni götürmüş millətik.

Bu səbəbdən hər kəs ağlını başına toplamalıdır. O günki Qafqaz ordusu, bugünkü Azərbaycan Ordusu, bütün texnologiyalardan istifadə edərək, bütün imkanları səfərbər edərək, bu nəcib millətin rifahı və həyatda qalması üçün əlindən gələni etdi və etməyə davam edəcək”.

Hulisi Akar uğurla başa çatan hərbi əməliyyatlardan sonra noyabrın 10-da atəşkəs elan edildiyini xatırladıb. O, Rusiya Müdafiə naziri ilə razılaşdıqları üçün ortaq mərkəzdə işləməyə qərar verdiklərini bildirib: “Atəşkəs birgə mərkəzdən izləniləcək. Bundan əlavə, minaları aşkarlamaq, zərərsizləşdirmək və günahsız insanlara zərər verməmək üçün əlimizdən gələn hər cür dəstəyi göstərdik, bundan sonra da davam edəcək. Bu məsələdə Azərbaycan Ordusu və Türk Silahlı Qüvvətləri bir yumruq oldu. Bu məsələnin həll edilməsi üçün işimizi davam etdiririk. Çünki millətimiz nəcib, ədalətli, insani dəyərlərə, ətraf mühitə və günahsız insanlara çox həssasdır.

Biz yalnız terrorçularla və ya əsgərlərlə mübarizə aparırıq. Biz o vətən xainləri və alçaqları kimi, Azərbaycan şəhərlərinə raket atanlar kimi, Xocalıda qırğın edənlər kimi deyilik.

Bölgəni ən qısa müddətdə təhlükəsiz vəziyyətə gətirmək və bütün insanları Azərbaycan dövlətinin qanunları çərçivəsində yaşayaraq təhlükəsiz və rahat etmək üçün səylərimizi davam etdirdik. Birgə mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək və türk-rus əsgərləri ilə birlikdə çalışaraq azərbaycanlı qardaşlarımızın haqqını, hüququnu sonuna qədər qorumaq vəzifəmizi yerinə yetirəcəyik”.

Paylaş »
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
Son xəbərlər
Bütün xəbərlər »