Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ tarixçisindən tarixi etiraf
ABŞ tarixçisindən tarixi etiraf

Ermənilərin Azərbaycanın tarixi ərazilərinə sonradan köçürülmə xalq olduğu bir daha sübut olunub

Ermənilərin Cənubi Qafqaza, xüsusilə Azərbaycanın tarixi ərazilərinə köçürülməsi haqqında çeşidli tarixi sənədlər mövcuddur. Ermənilər özlərindən guya Qafqazın ən qədim xalqı olduqlarını uydursalar da, bu barədə günümüzə qədər tutarlı fakt ortaya qoya bilmirlər. Əksinə, hətta bir sıra erməni əsilli tarixçilərin də zaman-zaman məsələyə obyektiv yaşanaşaq hayların Azərbaycanın tarixi torpaqlarına sonradan köçürüldüyünü, bunun 19-cu əsrdən başlandığını etiraf etdiklərinin şahidi olmuşuq. Bununla belə, erməniləri yalanları ayaq tutub yeriyir. Ancaq fakt budur ki, 19-cu əsrin əvvəllərindən, konkret Azərbaycanı ikiyə bölən Gülüstan və Türkmənçay müqavilələrindən sonra, əsasən Çar Rusiyasının məqsədli planları əsasında həyata keçirilən məlum köçürülmələr ilə bağlı o dövrün istər rus, istər Qərb, istər yerli tarixçilərinin əsərlərində, o cümlədən arxiv sənədlərində təkzibolunmaz məlumatlar mövcuddur. Bu arada, ABŞ-ın Kolumbiya Universitetində də bu haqda maraqlı məlumat ortaya çıxıb.

Əvvəlcədən qeyd edək ki, aşağıdakı rəqəmlər ABŞ-ın Kolumbiya Universitetinin (ABŞ) tarix elmləri üzrə professoru, erməni əsilli Corc Burnutyanın məruzəsindən götürülüb. Beləliklə, Burnutyan ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülməsinin tarixi xronologiyasını aşağıdakı şəkildə təqdim edib:

1826-cı il, İrəvan Xanlığı:

Müsəlman (Azərbaycan türkləri) əhalisi - 117 min 849 nəfər.

Erməni əhalisi - 25 min 151 nəfər.

1832-ci il, İrəvan Xanlığı:

Müsəlman əhali - 82 min 073 nəfər.

Erməni əhalisi - 82 min 377 nəfər.

Burnutyanın qeyd etdiyi kimi, 82 min 377 nəfər erməni əraziyə aşağıdakı təsnifatla yerləşdirilib:

- 25 min 151 yerli;

- Irandan köçürülmüş: 35 min 560 nəfər;

- Türkiyədən köçürülmüş: 21 min 666 nəfər;

Burnutyanın hesabatına görə, Iran və Türkiyədən 57 mindən çox erməninin köçürülməsindən sonra, ermənilər Irəvan xanlığı ərazisindəki əhalinin yarısını təşkil edirdilər.

Rəqəmlərə diqqət yetirsək, müsəlman əhalinin sayı 117 min nəfərdən 82 min nəfərə qədər azalıb, yəni ermənilərin Irəvan xanlığı ərazisinə köçürülməsinin başlaması ilə növbəti mərhələlərdə müsəlman (azərbaycanlı) əhalinin sayı 35 min nəfərə qədər azalıb. Və bu müddət təxminən 6 ildir!

Burnutyanın yazdığı kimi, 1855-1856 və 1877-1878-ci illərdəki Rusiya-Türkiyə müharibələrindən sonra Irəvan xanlığının ərazisinə xaricdən daha çox erməni gətirilib, lakin buna baxmayaraq, 20-ci əsrin əvvəllərinə qədər İrəvan əhalisinin böyük hissəsi yenə müsəlmanlar (azərbaycanlılar) ibarət olub.

Mənbə: "Rusiya İmperiyasının əsarəti altına düşdüyü və ondan sonrakı dövdə (1826-1832) Iran Ermənistanında əhali tərkibi" məruzəsi / George A. Bournoutioan, Colombia University.

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi
Son xəbərlər
Bütün xəbərlər »