Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Teymur Rəcəbov “Airthings Masters” turnirində yarımfinalda yüksəlib
Teymur Rəcəbov

Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirində nokaut mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, dairəvi sistemlə keçirilən birinci mərhələdə ilk 8 yeri tutan şahmatçılar 1/4 finalda üz-üzə gəliblər.

Bu gün raundun ikinci matçları keçirilib. Yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 1/4 finalda rusiyalı Yan Nepomnyaşi ilə növbəti görüşdə üz-üzə gəlib. İlk qarşılaşmada olduğu kimi, yenə 2:2 hesabı qeydə alınıb.

Hesab bərabər olduğundan şahmatçılar blitsdə zəkalarını yoxlayıblar. 2 oyundan ibarət mübarizədə də qrossmeysterlər “sülh” bağlayıblar – 1:1.

Qalibi müəyyənləşdirmək üçün armageddon oynanılıb. Rəcəbov qara fiqurlarla heç-heçə etdiyindən yarımfinala yüksəlib.

O, bu mərhələdə norveçli dünya çempionu Maqnus Karlseni yarışdan kənarlaşdıran rusiyalı Danil Dubovla oynayacaq. Şahmatçılar finala vəsiqə üçün 2 gün – dekabrın 31-də və yanvarın 1-də qarşılaşacaqlar.

Digər yarımfinal cütündə isə Levon Aronyanla (Ermənistan) Maksim Vaşye-Laqrav (Fransa) mübarizə aparacaq.

Qeyd edək ki, turnir 2021-ci il yanvarın 3-də yekunlaşacaq.

Paylaş »
››› Rusiya Qarabağda 120 ton qızılı necə əldən verdi... - Rusiya mətbuatı
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Nikol Paşinyanın ailəsi Moskvada mənzil axtarır
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »