Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 31 dekabr, 2020
Bürclər

Bizimyol.info sizə uğurlu il arzulayır və 2020-ci ilin sonuncu günü üçün ulduz falını təqdim edir:

Qoç - Bu gün bəzi emosional qərarlar verə bilərsiniz, qərar vermədən əvvəl bu qərarlar haqqında yaxşı düşünməlisiniz, sonra hərəkətə keçməlisiniz. Tələsmək mənzil başına tez çatmaq anlamına gəlmir.

Qoç bürcü Qoç bürcü

Buğa - Təxirə saldığınız bəzi problemlərlə yenidən qarşılaşa bilərsiniz. Bu dəfə başa düşəcəksiniz ki, problemlərdən qaçmaq əvəzinə onları həll etmək lazımdır. Amma bu gün bu problemlərlə məşğul olmayın. Gələn ilin ilk günlərinə saxlayın.

Əkizlər - Hadisələrin mahiyyəti üzdə göründüyü kimi olmaya bilər. Bu gün səhv olduğunu düşündüyünüz işlərin əslində sizə nə qədər böyük imkanlar gətirdiyini görə bilərsiniz. Fürsətləri düzgün qiymətləndirin və qaçırmayın.

Xərçəng - Bu gün keçmiş münasibətləriniz yenidən gündəmə gələ bilər. İndi keçmişi bir rəfə qoymalısızın və üzülməməlisiniz. Keçənə güzəşt deyərlər. Əvvəllər itirdiklərinizə görə üzülməyin zamanı deyil - gələcəyə boylanmaq lazımdır.

Şir bürcü Şir bürcü

Şir - Bəzi öhdəlikləriniz üzündən mübahisələrə düşə bilərsiniz. Hadisələrə sakit yanaşmalı və gərginlik yaradan söhbətlərdən çəkinməlisiniz. Belə vəziyyətlərin yarandığını hiss edən ki, "bu, mənim günüm deyil" düşünərək uzaqlaşın.

Qız - Nüfuzlu şəxslərlə danışıqlarınızı məntiq və hörmət çərçivəsində aparmalısınız. Sözlərinizi və hərəkətləriniz diqqət mərkəzində olacaq. Münasibətləri düzgün idarə edin - böyük-kiçiyin yerini bilin.

Tərəzi bürcü Tərəzi bürcü

Tərəzi - Şərikli maliyyə münasibətlərində bəzi yeniliklərə gedə bilərsiniz. Yaşadığınız problemlər qarşısında hədəflərinizi dəyişdirmək əvəzinə şərtlərə uyğun idarə etmək daha düzgün olacaq. Yeniliklərdən qaçmayın, amma həyatınızı dəyişmə ehtimalı olan təşəbbüslərə baş vurmayın. Böyük planları başqa vaxta saxlayın.

Əqrəb - Bu gün ünsiyyətdə bəzi anlaşılmazlıqlar ola bilər. Belə hallarda səhvlərə səbəb olacaq söhbətlərdən və çevrələrdən uzaq olmalı və hadisələri arxa plandan izləməlisiniz. Diqqət mərkəzinə düşməyə çalışmayın, əksinə "görünməz adam" olmaqda fayda var.

Oxatan bürcü Oxatan bürcü

Oxatan - Bu gün ətrafınızdakı insanlarla xoş vaxt keçirə və karyeranızla bağlı fikir mübadiləsi apara bilərsiniz. Bu fikir mübadiləsi həyatınızda yaxşı başlanğıclara səbəb ola bilər. Uzun yollar kiçik addımlardan başlayır.

Oğlaq - Bu günlərdə dəfələrlə əldə uğurlar və irəli sürdüyünüz vacib təşəbbüslər insanların gözündə populyarlığınızı artıra bilər. Şöhrətinizin yüksəlməsi sizi yeni işlər görməyə sövq edə bilər. Hərəkətə keçməkdən çəkinməyin. Ulduzlar sizin tərəfinizdədir.

Dolça bürcü Dolça bürcü

Dolça - Karyeranızla bağlı gözlədiyiniz nəticələr nəhayət, gerçəkləşə bilər. Bu gün xoşbəxtliyinizi sevdiklərinizlə bölüşmək sizin üçün çox yaxşı olacaq. Bir çox problemləri maliyyə vəsaitləri ilə həll edə bilərsiniz. Həyatınızı qaydaya salmaq üçün planlar qurmağın vaxtıdır. Bu gün quracağınız planlar uğurlu olacaq.

Balıq - Bu gün yaşayacağınız bəzi hadisələrə əsasən qərarlar verə bilərsiniz. İnsanlarla yaşadığınız problemləri minimuma endirmək üçün sərhədlərinizi aydın şəkildə çəkməlisiniz. Başınızdan yuxarı tullanmağa çalışmayın.

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »