Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran səhvinə görə Ukrayna təyyarəsində ölənlərə milyonlar ödəyəcək
iran bayrağı

İranın Tehranda təyyarəni vurması bizim qonşu ölkəyə baha başa gəlir.

İslam dövləti buna görə sərnişinlərin yaxınlarına milyonlar ödəyəcək.

Bizimyol.info xəbər verir ki, İran Ukrayna qarşısında öhdəliyi yerinə yetirmək qərarına gəlib. “Boeing 737” təyyarəsində həlak olmuş hər sərnişinin ailəsinə 150 min dollar veriləcək.

İran uzun müddət məsuliyyətdən qaçmağa çalışmışdı. Təzminat məsələsi xeyli vaxtdır yubanırdı. Lakin Ukraynanın işə ciddi yanaşması, üstəlik, sanksiya təhlükəsi İranı milyonlar ödəməyə vadar edib.

Hadisə 2020-ci il yanvarın 8-də baş vermişdi. İran ordusu zenit raketindən atəşlə Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarəni sıradan çıxarmışdı. İranın səhvi nəticəsində Tehran yaxınlığında 176 nəfərin meyiti tapılmışdı.

İslam dövləti yalnız yanvarın 11-də səhvini etiraf etmişdi. İlk günlər texniki nasazlıq amili qabardılırdı.

Beynəlxalq reaksiyaların sərtliyi artandan sonra rəsmi Tehran geri addım atmışdı.

ABŞ-ın yanvarın 3-də general Qasım Süleymanini öldürməsi İranı xeyli qəzəbləndirmişdi. “Boeing 737” məhz ABŞ-ın təyyarəsi zənn edildiyindən, raket zərbəsinə tuş gəlmişdi. Qəzadan sonra Vaşinqton bütün mülki təyyarə şirkətlərinə İranın hava məkanına daxil olmamaq göstərişi vermişdi. İranın Xarici İşlər naziri Cavad Zərif faciəni “insan səhvi” adlandırmışdı.

Paylaş »
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Açıq-gizli Şuşa mesajları
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Makron Ərdoğana türkcə başlayan məktub göndərdi
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
Son xəbərlər
Bütün xəbərlər »