Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əsgər Bayram Kərimov: “Əsirlikdə olduğum müddəti xatırlamaq istəmirəm”
Bayram Kərimov

“Öncə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Onların sayəsində əsirlikdən Vətənə geri döndüm, torpağımıza ayağımı basdım”.

“Report”un məlumatına görə, bunu Vətən müharibəsi zamanı yaralanaraq əsir düşən və danışıqlardan sonra ölkəyə qaytarılan Gəncə şəhər sakini, əsgər Bayram Kərimov deyib.

O, əsirlikdə olduğu müddəti xatırlamaq istəmədiyini bildirib:

“Əzab-əziyyət idi. Allahın bir imtahanı idi bəlkə də. Bakıda əziyyətimi çəkən həkimlərə təşəkkür edirəm. Qarşıdan gələn bayramlar münasibəti ilə bütün hərbçiləri təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin, şəhid analarının əlindən öpürəm”.

Qeyd edək ki, Vətən müharibəsi zamanı yaralanaraq əsir düşən və danışıqlardan sonra ölkəyə qaytarılan Gəncə şəhər sakini, əsgər Bayram Kərimov bu gün evə buraxılıb.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »