Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı David Zalkalianiyə yenidən bu ölkənin XİN başçısı seçilməsi münasibəti ilə təbrik məktubu ünvanlayıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.
"2020-ci ilin sonunda mən sizə və gürcü xalqına səmimi təbriklərimi çatdırır, 2021-ci ilin uğurlu olmasını diləyirəm. Əminəm ki, ölkələrimiz arasında səmimi münasibətlər qarşıdakı illərdə daha da güclənəcək", - deyə məktubda qeyd olunub.