Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda böyük sarsıntı: Daha bir kənd Azərbaycana qaytarılır
Nikol Paşinyan

Ermənistanda Azərbaycanın Zəngəzurdakı tarixi torpaqlarının özünə qaytarmasını böyük kədərlə qarşılayırlar.

Qonşu ölkədə məğlubiyyətdən sonra sərhədlərin yenidən SSRİ vaxtında olduğu müəyyənləşdirilməsindən çox sarsılıblar.

Bizimyol.info xəbər verir ki, Gorusun daha bir kəndi Azərbaycana təhvil verilir. Qaraunc daha Ermənistanın nəzarətində olmayacaq. Bu fakt ölkə əgalisini özündən çıxarıb. Böyük narazılıq müşahidə edilir.

Gorus merinin müavini Menua Ovsepyan

Gorus merimim müavini Menua Ovsepyan Ermənistan mətbuatına açıqlamasında faktı təsdiqləyib. O, Ermənistanın haqsızlıqla üzləşdiyini deyib: “Qaraunc heç sərhəd kəndi də deyil. 30 hektar ərazini necə vermək olar? Hakimiyyət az qalır ki, bizim özümüzü də Azərbaycana versin. Hələ də yeni sərhədlərin necə müəyyənləşdirilməsinin məntiqini anlamamışıq. Deyəsən, Ermənistanın baş naziri Nikol Paşinyanın ayrıca xəritəsi var”.

Ovsepyan deyib ki, hökumətlə heç cür əlaqə saxlamaq olmur: “Sanki hökumət heç mövcud deyil”.

Gorus sakini: “Azərbaycanlılar bir kilometrliyimizə qədər yaxınlaşıblar” Gorusda Azərbaycanla sərhəddə yerləşən kənd

Ermənistanın baş naziri Zəngəzur kəndlərinin Azərbaycana təhvil verilməsinə sərt reaksiyanı məntiqli saymadığını bildirmişdi. Hökumət rəhbəri prosesin adi delimitasiya olmadığını söyləmişdi. Paşinyanın fikrincə, baş verənlər Ermənistan vətəndaşlarının təhlükəsizliyinin təminatına xidmət edir. Paşinyan gələcəkdə baş verə biləcək mübahisələrin qarşısının alınması üçün hazırda həyata keçirilən prosesi vacib sayır. O bildirib ki, əgər sərhədlərin müəyyənləşdirilməsi həyata keçirilməsəydi, Azərbaycan Zəngəzura daxil ola bilərdi.

Qaraunc Gorus rayon mərkəzindən 5 kilometr məsafədə yerləşir. Yaşayış məntəqəsində təxminən 1250 nəfər məskunlaşıb. Tarixi sənədlərdə 1886-cı ildə kənddə 105 evin olduğu qeyd edilib.

Şahverdilər kəndinə gedən yol Şahverdilər kəndinə gedən yol

Daha əvvəl Zəngəzurun Şahverdilər kəndi və Şurnuxu qəsəbəsinin bir hissəsinin Azərbaycana qaytarılacağı bildirilmişdi.

Paylaş »
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »