Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Akopyan: “Paşinyanın tərəfdarları hakimiyyəti də Əliyevə verməyə razı olar”
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan indi daha çox hakimiyyətini qorumaq haqqında düşünür.

Hökumət rəhbəri ölkəsinin Azərbaycan qarşısında aldığı məğlubiyyətə görə məsuliyyəti üzərindən atır, daha çox əvvəlki dövlət başçılarının səhvlərini qabardır. Çoxları əslində bu fikirlə razılaşır. Amma bununla belə, Ermənistana yeni rəhbərin lazım olduğunu düşünürlər.

Bizimyol.info xəbər verir ki, keçmiş deputat, “Media kvartet” şirkətinin həmtəsisçisi Miqran Akopyan jurnalistlərlə söhbətində Paşinyanın məsuliyyətdən yayınmaq cəhdlərindən danışıb. O, baş nazirin tərəfdarlarının geniş düşünmədiyini bildirib.

İlham Əliyev, Nikol Paşinyan İlham Əliyev, Nikol Paşinyan

“Bu adamlar hakimiyyətin də Əliyevə verilməsinə razı olar. Təki keçmiş rəhbərlərdən heç kim gəlməsin”.

Akopyan Ermənistanın Qarabağda hələ də itirməkdə davam etməsindən də narahat olduğunu bildirib: “Ermənistana mənəviyyatsız adamlar rəhbərlik etdikcə bu vəziyyət də düzəlməyəcək. Azərbaycan tərəfi yeni qələbələrini göstərir, bizim hakimiyyət isə yalnız təkzib etməyi bilir”.

Miqran Akopyan indi Ermənistan müxalifətinin əsas simalarından sayılır. Noyabrın 26-da xüsusi xidmət orqanları keçmiş deputatı dindirməyə çağırmışdı. Akopyanın bu ilin martında da saxlanma ehtimalı yaranmışdı. Onda Respublika Partiyasının üzvü parlamentdəki əmlak mənimsəməsinə görə dindirilmişdi.

Gorus sakini: “Azərbaycanlılar bir kilometrliyimizə qədər yaxınlaşıblar” Gorusda Azərbaycanla sərhəddə yerləşən kənd

Son vaxtlar Zəngəzurda Azərbaycana məxsus ərazilərin geri qaytarılması Ermənistanda böyük narazılıq dalğasına səbəb olub. Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin agenti olmaqda günahlandırılır. Müxalifət hesab edir ki, baş nazir Prezident Əliyev qarşısında öhdəliklər götürüb və hazırda ardıcıl şəkildə öz öhdəliklərinə əməl edir.

Xatırladaq ki, Azərbaycan tərəfinin Zəngəzurda Şurnuxu kəndindən Azərbaycan ərazisinə düşən hissənin boşaldılması üçün verdiyi vaxt bu gün başa çatıb. Bu barədə açıqlamanı Gorus merinin müavini Menua Ovsepyan verib.

Gorus merinin müavini Menua Ovsepyan

Həmçinin Ermənistanla sərhəddə yerləşdirilmiş "Azərbaycana xoş gəlmisiniz!" lövhəsi də orada təşviş yaradıb.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
Son xəbərlər
Bütün xəbərlər »