Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sığorta bazarı 2021-ə də köhnə problemlə gedir" - Ekspert
İlkin İbrahimov

2020-ci il təkcə Azərbaycanda deyil, bütün dünyada iqtisadiyyat üçün ən gərgin illərdən biri kimi yadda qaldı. Sığorta sektoru da bu mənada istisna olmadı.

Bəs, sığorta bazarı 2021-ci ilə hansı problemlərlə gedir?

Sığorta eksperti İlkin İbrahimov Bizimyol.info-ya bildirib ki, sıığorta sektoru Mərkəzi Bankın nəzarətinə keçdikdən sonra hələ də həll edilməyən məsələlər və uğursuzluqlar var.

“Azərbaycanın sığorta bazarı üçün bir sıra ümumi problemlər xarakterikdir və gerçəklik ondan ibarətdir ki, onun, yalnız bu günkü sabitliyi deyil, gələcək movcudluğu da daha çox həmin problemlərin həllindən asılıdır.

Sığorta sektoru Mərkəzi Bankın nəzarətinə keçdikdən sonra hələ də həll edilməyən məsələlər və uğursuzluqlar var. Birincisi, ən böyük problem olan qiymətləndirməni hələ də həll edə bilməməsidir. İkincisi, müstəqil ekspertlərin hüquq və vəzifələri barədə qaydanı təsdiq edilmədi. Üçüncüsü, istehlakçıların müdafiəsi ilə bağlı işi arzu edilən səviyyədə qura bilməməsidir. Rəsmi açıqlamaya görə, Mərkəzi Banka şikayətlər 35% azaldı, lakin məhkəmə instansiyasında işlər sürətlə çoxaldı. Məhkəmə İnstansiyası üzrə işlərin statistikasını aparmamaqla şikayətlərin azalmasını ehtimal etdilər.

Dördüncüsü, 3 sığorta şirkətini bağlamaqla rəqabəti azaltdı (“Standar”, “Amrah sığorta” və “Rəvan Sığorta”)”,-deyə İ.İbrahimov qeyd edib.

Ekspert bildirib ki, rəsmi məlumata görə, bu ilin 11 ayında 668 milyon manat sığorta haqqı toplanıb: “2019-cu ilin eyni dövründə bu rəqəm 615 milyon manat olub. Yəni pandemiya və hazırkı iqtisadi durğunluq şəraitində sığorta yığım və ödənişlərinin artımı real görünmür”.

Ramid İbrahimov

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »