“Report” bu barədə xarici mətbuata istinadən xəbər veirr.
Aİ rəsmiləri 2013-cü ildən bəri planlaşdırılan müqavilənin 2022-ci ildə qüvvəyə minəcəyini söyləyiblər. Anlaşmanın detalları ilə bağlı danışıqlar yaxın aylarda davam edəcək.
“Avropa İttifaqı və Çin investisiya razılaşmasının prinsipləri barədə razılığa gəlib. Razılaşma ilə Çinin avtomobildən telekomunikasiyaya qədər bir çox bazarı xarici investorlara açılacaq”, - deyə Avropa Komissiyasının sədri Ursula von der Lyayen açıqlayıb.
Qeyd edək ki, 2019-cu ildə Çin Aİ-nın ikinci ən böyük ticarət tərəfdaşı olmuşdu.