Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə karantin rejimini sərtləşdirir
Türkiyə

Türkiyədə Yeni il bayramı ilə əlaqədar koronavirusun yayılmasına qarşı məhdudiyyət tədbirləri bir qədər də sərtləşdirilib.

Daxili İşlər Nazirliyinin qərarına əsasən, 2020-ci il dekabrın 31-dən 2021-ci il yanvarın 1-i saat 10:00-dək ölkə ərazisində şəhərlərin mərkəzi, eləcə də turistk hissələrinə giriş qadağan olunacaq.

Yeni il gecəsində İstanbulun İstiqlal prospekti, Taksim meydanı kimi bölgələri bağlı olacaq.

Bundan başqa, ölkədə həftə sonları tətbiq olunan hərəkət məhdudiyyəti dekabrın 31-dən yanvarın 4-dək müddəti də əhatə edəcək.

Qeyd edək ki, bu günədək Türkiyədə 2,2 milyona yaxın şəxs koronavirusa yoluxub, 20 388 nəfər vəfat edib.(virtualaz.org)

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Vaksinasiya ilə əlaqəli qalmaqal: Peyvənddən imtina edənlərə həkimdən açıqlama
Son xəbərlər
Bütün xəbərlər »