Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vüsal Qasımlı: "Azərbaycanın məcmu dövlət borcunun ÜDM-ə nisbəti dünya göstəricisindən 4 dəfə azdır"
Vüsal Qasımlı

Bu il Azərbaycanda məcmu dövlət borcunun ÜDM-ə nisbəti dünya üzrə orta göstəricidən təxminən 4 dəfə azdır.

“APA-Economics”in məlumatına görə, bunu 2020-ci ilin iqtisadi yekunlarına həsr olunan mətbuat konfransında çıxış edərkən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) sorğularına əsasən orta gəlirli ölkələrin 30%-i, aşağı gəlirli ölkələrin isə 50%-də borc böhranı proqnozlaşdırılır.

“Azərbaycan qarşılaşdığı xarici şoklarla mübarizədə xarici deyil, öz resurslarına əsaslanmaqla borc dayanıqlılığını qoruya bilib. 2020-ci ildə dövlət büdcəsinin azalan gəlirləri və artan xərclərini tarazlaşdırılması üçün “fiskal fəza”dan istifadə etməklə büdcə dürüstləşdirilməsi çərçivəsində 2,3 mlrd. manatlıq əlavə maliyyə təminatı yaradılıb”, - deyə V. Qasımlı qeyd edib.

O həmçinin əlavə edib ki, büdcə qaydasının tətbiqini müvəqqəti dayandırmaqla 2020-ci ildə yumşaq kontrsiklik büdcə siyasətinin həyata keçirilməsi böhranla mübarizədə effektiv olub. “2020-ci ildə pul təklifinin artması və uçot dərəcəsinin azaldılması fonunda monetar siyasətin yumşaldılması fiskal genişlənmə siyasəti ilə əlaqələndirilib. Beləliklə, fiskal və monetar siyasətin əsas hədəfi makroiqtisadi sabitlik və iqtisadi aktivlik arasında balansın qorunması olub”, - deyə Mərkəzinin icraçı direktoru qeyd edib.

Ekspert hesab edir ki, pandemiya əleyhinə mobilizasiya olunan 3,5 mlrd. manatlıq vəsait hesabına iqtisadi geriləmə yumşaldılıb, makroiqtisadi sabitlik qorunub, məşğulluğa dəstək verilib, sahibkarlara kömək olunub, sosial layihələr genişləndirilib, bank kreditləri restrukturizasiya edilib, zəmanət və subsidiyalar verilib.

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »