Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İş icazəsi ilə istirahətə gedənlər cərimələnib
Sumqayıtda karantin qaydaları ilə bağlı reyd keçirilib

Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq və yaxud iş üçün onlara verilmiş icazələrdən sui-istifadə edərək istirahət məqsədilə rayona gələn şəxslər aşkar olunub.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əsasən istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən avtomobillər yoxlanış məqsədilə saxlanılıb. Polislər tərəfindən planşet vasitəsilə yoxlanılan zaman bəzi şəxslərin portalda iş üçün icazələri olsa da, onların ailə üzvləri ilə birgə istirahət məqsədilə rayona üz tutduqları müəyyən edilib. Həmçinin, reyd zamanı karantin qaydalarını pozaraq icazələri olmadan yaşadıqları rayonları tərk edən vətəndaşlara da rast gəlinib. Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində cərimə protokolu tərtib olunub.

COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bu istiqamətdə tədbirlər davam etdirilir. Bir daha vətəndaşlarımızdan özlərinin və digərlərinin də sağlamlığı üçün karantin qaydalarına riayət etmələri xahiş olunur.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »