Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tsarukyan və Marukyan Paşinyandan şərtsiz istefa istəyiblər - Ermənistan KİV
Nikol Paşinyan

Ermənistan mətbuatı dünən baş nazir Nikol Paşinyanla parlamentin binasında görüş keçirmiş müxalifət liderləri - Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqaik Tsarukyan və İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyanın görüş zamanı Nikol Paşinyandan qeyd-şərtsiz istefa verməsini istədiklərini yazır.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu mövzuda "Mediaport" kanalı da yazı dərc edib. Bildirilir ki, Nikol Paşinyan müxalifət liderlərinə onun istefa verəcəyi təqdirdə parlamentin yeni namizəd irəli sürməyəcəyi ilə bağlı memorandum imzalamağı təklif edib. Çünki Ermənistanda növbədənkənar seçkilər olması üçün baş nazirin istefası kifayət deyil. İstefadan sonra qanunverici orqanın iki dəfə baş nazir seçə bilməməsi də siyasi sistemin konstitusiyada təsbit edilmiş əngəllərindən biridir. Paşinyan bu yolla parlamentin yeni baş nazir seçməsinə imkan verməyərək erkən seçkilərə getmək istəyir. Belə olacağı təqdirdə seçkini keçirmək istefa vermiş hökumətin öhdəliyinə düşəcək. Nikol Paşinyan seçkilərdə namizəd olacağı təqdirdə inzibati resursdan yararlanmaq niyyətindədir.

Müxalifət liderləri bundan imtina edib. Güman edilir ki, qarşılığında Paşinyanın onlara vəd etdiyi imtiyazlar yetərli olmayıb. Beləcə müxalifət liderlərini birləşmiş müxalifətdən qoparmağa nail ola bilməyən Paşinyan istefa verməyəcəyini bildirib. Tsarukyan və Marukyan isə ondan qeyd-şərtsiz istefa verməsini istəyiblər. Hazırda ölkədə siyasi gərginlik davam edir.

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
Son xəbərlər
Bütün xəbərlər »