Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Doqquz minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib
Vüsal Qasımlı

“2020-ci ildə realizə edilən institusional və idarəetmə islahatlarının əsas məqsədi Azərbaycanın yerli, regional və qlobal çağırışlara daha adekvat cavab verməsi, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək, bunun üçün də iqtisadi siyasət və iqtisadi islahatlar çərçivəsini formalaşdırmaq olub”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı 2020-ci ilin iqtisadi-sosial yekunlarından danışarkən deyib.

O bildirib ki, Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması məqsədilə 2020-ci il 9 sentyabr tarixində İqtisadi Şura yaradılıb, həmçinin, Prezidentin 2020-ci il il 17 mart tarixli Sərəncamı ilə dövlət idarəçiliyində səmərəliliyin, dövlət nəzarətinin təşkili və icra intizamına əməl olunması istiqamətində görülən işlərin effektivliyinin artırılması, daha çevik mexanizmlərin yaradılması məqsədilə tədbirlərin görülməsi tapşırılıb:

“Beləliklə, yeni nəzarət sistemi Prezidentin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni informasiya sisteminin yaradılması, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi mexanizminin yaradılması kimi mühüm məsələləri özündə ehtiva edir.

2020-ci ildə işğaldan azad edilən ərazilər üzrə Əlaqələndirmə Qərargahı, Azərbaycan İnvestisiya Holdinqi, Ələt azad iqtisadi zonası, Koronavirusla Mübarizəyə Dəstək Fondu, YAŞAT Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Sosial Xidmətlər Agentliyi yaradılıb”.

Vüsal Qasımlının sözlərinə görə, 2020-ci ildə Azərbaycan Dünya Bankının “Doing Business 2020” hesabatında 10 ən islahatçı ölkənin sırasında yer alıb:

“Azərbaycan Dünya Bankı tərəfindən ardıcıl iki dəfə dünyanın ən islahatçı on ölkəsindən biri kimi qiymətləndirilən nadir ölkələrdən biri kimi tarix yazdı. Bu il ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 28-ci mövqedə qərarlaşıb ki, bu da əksər post-sovet, Mərkəzi Asiya və Şərqi Avropa regionu üzrə ölkələrin mövqeyindən daha yaxşı göstəricidir.

Azərbaycan bu il “Davamlı inkişaf hesabatı 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. Bununla da, Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə dünyada hər üç ölkədən ikisini qabaqlaya bilib və bu indeksə görə Azərbaycan regional liderdir.

Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir”.

İcraçı direktor qeyd edib ki, pandemiya dövründə həm özəl, həm də dövlət sektorunda 1 milyon 650 min vətəndaşın iş yerləri qorunub:

“İşsiz və qeyri-formal işləyən vətəndaşların sosial rifahının yaxşılaşdırılması məqsədi ilə aylıq yaşayış minimumu məbləğində (190 manat) birbaşa ödənişlər verilib və aylıq minimum əmək haqqı məbləğində (250 manat) ödənişləri edən 90 min ictimai iş yerləri təklif olunub. Özünüməşğulluq proqramı çərçivəsində göstərilən dəstəyin də əhatə dairəsi genişləndirilib.

Belə ki, 12 min şəxsin cəlbini nəzərdə tutan proqramın cari il üzrə maliyyə yükü 45 milyon manat olub. 2020-ci ilin 11 ayında pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 1 milyard manatdan artıq olmaqla 5 milyard 264 milyon manat vəsait ödənilib.

Bu məbləğ artımının 700 milyon manatdan çoxunun pensiya ödənişlərinin payına düşməsi 1,2 milyon pensiyaçının pensiyalarında 16,6 faizlik artım nəticəsində qeydə alınıb. Bu gün Azərbaycanda ödənilən pensiyaların minimum məbləği 233 manat, orta aylıq məbləği isə 300 manat, o cümlədən, yaşa görə pensiyanın orta aylıq məbləği 330 manatdır. Bu göstəricilərin növbəti il pensiyaların orta məbləği üçün 340 manata, yaşa görə pensiyanın məbləği üçün isə 370 manata qədər artacağı proqnozlaşdırılır.

2020-ci ildə ünvanlı sosial yardım proqramının prosedurlar və qaydaları da sadələşdirilib, bununla da, proqramdan yararlanan şəxslərin sayında yarıya qədər artım müşahidə olunub. Mənzil-avtomobil proqramı da uğurla davam etdirilib.

Belə ki, 2020-ci ildə rekord səviyyədə olmaqla azı 1 500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub. Ümumilikdə bu günə qədər 9 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib.

Bundan başqa, 400 avtomobilin də şəhid ailələri və müharibə əlillərinə təqdim olunması ilə bu günə qədər 7 mindən artıq avtomobil verilib”.

Paylaş »
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Açıq-gizli Şuşa mesajları
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Makron Ərdoğana türkcə başlayan məktub göndərdi
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
Son xəbərlər
Bütün xəbərlər »