Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaqif Əsədovun oğlu müharibədən qayıtdı: "Hər an ölümlə üz-üzə idik"
Vaqif Əsədov

44 günlük Vətən müharibəsinin başladığı ilk gündən könüllü olaraq döyüşlərə qatılanlardan biri də Pərvin Əsədovdur.

"Report" xəbər verir ki, P,Əsədov artıq evinə dönüb.

O, döyüşlərə qatılması barədə valideynlərinə belə məlumat vermədiyini deyir:

“Artıq iki gün idi ki, döyüşlər başlamışdı, şəhid xəbərləri gəlirdi. Dözə bilmədim. İşdən çıxıb komissarlığa (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi nəzərdə tutulur - "Report") yollandım. Dedilər ki, saat 1-də avtobus çıxır. Tez evə qayıdıb paltarımı dəyişdim. Valideyinlərimə də xəbər etmədim. Atam dostlarım vasitəsilə xəbər tutub məni yola salmağa gəldi. Bircə onu dedi ki, get və həmişəki kimi başımızı uca elə, ya şəhid olacaqsan, ya da torpaqlarımıza bayraq sancacaqsan. Qeyd edim ki, mən əsgəri xidmətimi Ağdam bölgəsində artilleriya bölmələrində və ön cəbhədə səngərdə keçmişəm.”

P.Əsədov deyir ki, dəfələrlə çətin vəziyyətlə üzləşib:

“Kəşfiyyat bölüyü olduğumuz üçün hər an ölümlə üz-üzə idik. Bizim qrupdan yevlaxlı Yıldırım Ağayev Şuşa döyüşlərində şəhid oldu. Ona görə də üzərimdə Azərbaycan bayrağı və qumbara gəzdirirdim. Fikirləşirdim ki, əsir düşmə ehtimalım olsa, özümü və düşməni qumbara ilə partladıb şəhid olacağam. Bayrağı da ona görə saxlayırdım ki, məni tanıya bilsinlər”.

Qeyd edək ki, P.Əsədov Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədovun oğludur. O, Fövqəladə Hallar Nazirliyində çalışır.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
››› "Paşinyan hakimiyyəti müharibənin başlayacağını bilirdi"
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
Son xəbərlər
Bütün xəbərlər »