Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aşotyan : "Belə getsə, "No oldu Paşinyan" istehzası "No oldu Ermenistan"a çevriləcək"
İlham Əliyev, Nikol Paşinyan

"Ölkənin məqsədli şəkildə dağıdılması davam edir".

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan bu gün öz sosial şəbəkə hesabında yazıb.

Müxalif siyasətçi Zəngəzurda sərhədlərin demarkasiyası məsələsinə də münasibət bildirib: "Ermənistanın şərq sərhədlərində ərazilərin təhvil verilməsi ilə bağlı qorxulu anlaşma altında hakimiyyət müxtəlif məsələləri nəzərdə tutur. Əvvəlcə satqın (Paşinyanı nəzərdə tutur - red.) dedi ki, Sünikdə (Zəngəzur - red.) ərazilər şifahi razılaşmaya əsasən verilir. Ardınca isə Ermənistan Təhlükəsizlik Şurasının katibi işləyən agent utanmadan dedi ki, sərhədlərin demarkasiyası müəyyən sənədlər əsasında aparılır.

Etirazçılar İran-Ermənistan yolunu bağlayıblar Qafanda etirazçılar İran-Ermənistan yolunu bağlayıblar (Foto: Arxiv)

Dünən isə məsələyə Ermənistanın Xarici İşlər Nazirliyi münasibət bildirdi. Açıqlamada deyilir ki, hazırda həyata keçirilən tədbirlər statusla bağlı məsələlərə aid deyil, demarkasiya və delimitasiya ilə bağlı yekun saziş kimi izah oluna bilməz və ya inzibati sərhədlərin mexaniki olaraq təsdiqi sayılmamalıdır.

Bu, məqsədli çaxnaşma deyilsə, bəs nədir? XİN, dırnaqarası baş nazir və Təhlükəsizlik Şurasının katibi ölkə üçün tale yükü daşıyan məsələlərlə bağlı müxtəlif açıqlamalarla çıxış edirlər. Bu hal bir daha təsdiqləyir ki, dövlətçiliyimizin itirilməsi prosesi reallıqdır.

Sonrakı mərhələlərdə Azərbaycanın "No oldu Paşinyan" istehzası "No oldu Ermenistan"a çevriləcək" ("No oldu" ifadəsini Ermənistan mətbuatında yazıldığı kimi saxlamışıq - red.).

Aşotyan : "Belə getsə, "No oldu Paşinyan" istehzası "No oldu Ermenistan"a çevriləcək"

Xatırladaq ki, Zəngəzur istiqamətində sərhədlərin dəqiqləşdirilməsi zamanı bir sıra yaşayış məntəqələri Azərbaycana qaytarılır. Baş nazir Nikol Paşinyan bildirib ki, söhbət təxminən 20 inzibati ərazi vahidindən gedir. Bu açıqlama ölkədə böyük rezonans doğurub. Baş nazir Azərbaycan Prezidenti İlham Əliyev qarşısında gizli öhdəliklər götürməkdə ittiham edilir. Bəzi analitiklər hesab edirlər ki, Paşinyan üçtərəfli bəyanatdan başqa sənədlərə də imza atıb, sadəcə, cəmiyyətdə etirazlar böyüməsin deyə həmin sənədlər hələlik açıqlanmır, amma Paşinyan o sənədlərlə götürdüyü öhdəliklərə əməl edir. Qeyd edək ki, Azərbaycan Şurnuxu qəsəbəsində 12 evin və həyətyanı sahənin boşaldılması üçün bu günə vaxt verib.

Şurnux qəsəbəsi Şurnuxu qəsəbəsi

Müxalifət Paşinyanın istefasını tələb etsə də, baş nazirin belə bir niyyəti yoxdur. Onun fikrincə, sərhədlər dəqiqləşməli, sonra Azərbaycan və Türkiyə ilə münasibətlər yaxşılaşdırılmalıdır.

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »