Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputlatların çıxışına alimdən şərh: “Rüşvətxorları, yalançı məddahları bəsləmək olmaz”
Milli Məclis

Milli Məclisin deputatlarının bəzi şərhləri insanlar arasına "qıcıq" yaradır. Onların ifadələri sosial şəbəkələrdə aktiv müzakirə olunur, bir çox hallarda tənqid olunur. Bu günlərdə deputatların qəzəb yaradan növbəti çıxışları olub.

Deputat Siyavuş Novruzov deyib ki, uşaqpulu lazım deyil, amma deputatın ezamiyyət pulu artırılsın. Həmkarı Məlahət İbrahımqızı isə təklif edib ki, camaat kasıb yaşamağa alışmalıdır, yaşayış minimumu artırılmamalıdır. Bir başqası hesab edir ki, əsgər məzuniyyətdə deyil, hər pis şəraitə tab gətirməlidir.

Xalqın narazılığına səbəb olan bu çıxışlarla bağlı mövqe bildirməyinizi xahiş edirik.

Bizimyol.info-ya açıqlamasında Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov bildirib ki, millətin əsəblərini tarıma çəkən deputlatların əksəriyyətinin elmi dərəcələri var.

İdris Abbasov Professor İdris Abbasov

“Belə məsuliyyətsiz açıqlamalar, vecsiz təklif verən deputatların dosyesinə baxsanız, onların ən azından elmlər namizədi, elmlər doktoru olduğunu görəcəksiniz. On minlərlə alimi, həkimi, müəllimi, sənətkarı – bir sözlə, ziyalısı olan xalqın deputatı ağıllı, sadə, təvazökar, səmimi, vicdanlı və məsuliyyətli olmalıdır. Tərbiyənin kökündə yenə də alimlik durur.

Problem elmə alver, fırıldaq, insanları aldatmaq mənbəyi kimi baxan, saxta elmi dərəcə və adları ehtiva edən “alimizm”dir. Təəssüf ki, ali məktəblərimizin “qaymaq” məhsulları bu gördüyünüz məsuliyyətsiz deputatlar, dövləti talayıb aradan çıxmağa çalışan məmurlardır. Daşın atıldığı məkanı dəqiqləşdirib hədəf almaq lazımdır.

Mənə çox deyirlər ki, ömrümü mənasız alimlərlə mübarizəyə sərf edirəm. Uşaqlarıma gün ağlamıram. Belə deyənlərin ağlı uşaq ağlının fövqündə deyil və məzkur alimlərdən tərbiyə almalarına şübhə yoxdur. Tərbiyəli (yəni təvazökar, doğruçu, davranışları ilə nümunə ola biləcək) şəxs, deputat, məmur, akademik və digərləri analoji təkliflər versə, bəlkə də xalq normal qarşılayar”,-deyə İ.Abbasov bildirib.

Alim bildirib ki, vəzifə kürsüsündən, deputatlıq mandatından gəlir mənbəyi kimi istifadə edən məsuliyyətsiz şəxsləri tənqid edib vaxt keçirməkdən daha çox, onlar haqqında operativ tədbir görülməsi məqsədəuyğundur: “Oğruları, rüşvətxorları, yalançı məddahları bəsləmək olmaz. Bir dəfəlik bilməliyik ki, onlarda tənqidə qarşı ciddi immunitet yaranıb.

Allah eləməsin, əgər Qarabağ belə alim-deputatların ixtiyarına buraxılsaydı, fəlakət olardı. Konkret bu situasiyada Ali Baş Komandanın seçdiyi çevik taktika və “alim” nəfəsinin nüfuz edə bilmədiyi nizami Ordu və mərd əsəgərlərimizin fədakarlığı sayəsində biz uğurlara imza atdıq. Bu qələbə Uca Tanrının İlham Əliyevə və Azərbaycan xalqına lütfü olmaqla bərabər, həm də bizə verilmiş İlahi bir Möhlətdir! Bu İlahi Möhləti dəyərləndirməsək, yəni düzəlməsək, vallah, ikiqat cəzasını çəkəcəyik!

Deyirik ki, mənasız alimlərə baş qoşmayaq. Halbuki bütün problemlərin kökünü məhz ölkəni ağuşuna almış alimlikdə (alimizmdə) axtarmaq və saxta alimliyi cəzalandırmaq lazımdır. Siz məsuliyyətsiz deputatın, çapıb-talayan məmurun əmələ gəlmə mexanizmini araşdırın, gəlib çıxacaq elm və təhsilə: Alim-deputat, Alim-məmur, Alim-nazir, Alim-akademik və s. Elm və təhsildəki saxtakarlıq, lovğalıq, məddahlıq, fırıldaq və aldatmalar aradan qalxmasa, vallah, cəhdlərimiz uğursuz olacaq!”

Ramid İbrahimov

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
Son xəbərlər
Bütün xəbərlər »