Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantin postundan kənar yollarla keçməyə cəhd göstərən sürücülər saxlanılıb
Polis postu

Dekabrın 29-da saat 15 radələrində Bakı-Quba yolunun 52-ci kilometrliyində qurulmuş xüsusi karantin postunda Quba rayonu istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil saxlanılıb. Araşdırmalar zamanı sürücü Nəsimi Əliyevin müvafiq icazəsi olmadığından avtomobil Bakı şəhəri istiqamətinə geri qaytarılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Lakin sonradan müşahidə kameraları vasitəsilə həmin avtomobilin Quba rayonundan Bakı şəhəri istiqamətində hərəkət etməsi aşkar edilib və saat 18 radələrində nəqliyyat vasitəsi saxlanılıb.

Araşdırmalar zamanı N.Əliyevin Sumqayıt şəhər sakini Balami Hüseynov tərəfindən 120 manat müqabilində karantin postundan kənar yollarla Xızı rayonu ərazisindən keçirilməsi müəyyən edilib.

Həmin gün vətəndaş Paşa Abdullayev də idarə etdiyi “Renault” markalı avtomobillə Xızı rayonu ərazisindən karantin postundan kənar yollarla keçdiyi müəyyən edilib və polis əməkdaşları tərəfindən saxlanılıb. Onun da B.Hüseynov tərəfindən 100 manat müqabilində karantin postundan kənar yollarla keçirilməyə cəhd göstərməsi müəyyən edilib.

Hər iki sürücü və B.Hüseynov saxlanılaraq inzibati qaydada həbs olunublar.

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »