Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Spiker: "Azərbaycanda gender siyasəti yüksək səviyyədədir"
Sahibə Qafarova

“Gender bərabərliyində qadınlara verilən üstünlük tanrı tərəfindən verilib. Qadınların xüsusi haray salmasına ehtiyac yoxdur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail İbrahimli deyib.

Deputat bildirib ki, bir qızı 5 oğlan istəyir: “Seçimi edən qız tərəfidir. Gender bərabərliyini süni surətdə yaratmaq olmaz. Məsələn, seçkili orqanlarda gender bərabərliyi təbii seçim və proses olmalıdır. Elm sahəsində də süni şəraitdə gender bərabərliyinə dəyişiklik etmək olmaz. Gender bərabərliyinə təsir edə biləcək məsələlər sərəncamla, qərarlarla olur. Bu da ölkəmizdə var. Gender bərabərliyi ilə gender siyasətini qarışıq salmaq olmaz. Siyasətdə qırmızı xəttimiz hüququ pozulmuş qız uşaqlarının, qadınların hüquqlarını bərpa etmək olmalıdır”.

Spiker Sahibə Qafarova bildirib ki, gender bərabərliyi və gender siyasəti ayrı-ayrı terminlərdir: “Azərbaycanda gender siyasəti yüksək səviyyədədir. Ümumi gender və gender siyasəti ilə bağlı hamımızın öz baxışları var. Bu müzakirələri populist səviyyədə deyil, deputat səviyyəsində aparmalıyıq”.(apa)

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »