Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2020-də Azərbaycanda və dünyada ən çox satılan avotomobillər - Fotolar
Maşın bazarı

2020-ci ildə dünyada avtomobil satışı azalıb. Bizimyol.info xəbər verir ki, ilkin hesablamalara görə azalma 10-15 faiz aralığındadır.

Modellər üzrə satışa gəlincə, Azərbaycandan fərqli olaraq dünyada, xüsusən də Avropada yanacağı az işlədən avtomobillərə üstünlük verilib.

SUV (ofroder) tipli avtomobillərin satışı kəskin azalıb. Satış rekordçularının arasında yalnız kiçik mühərrikə malik olan krossoverlər yer alıb.

Populyar modellərə gəlincə, bu məsələdə dünya Azərbaycandan gərqlənir. Azərbaycanda son illər ərzində kiçik mühərriklərə maraq artsa da, hələ də böyük mühərrikli avtomobillər prestij sayılır və maraqla qarşılanır. Baxmayaraq ki, ölkədə sürətli yollar da yoxdur. Dünyada isə, ilkin məlumatlara görə, ən çox satılan modellərin siyahısında ilk 5 yeri məhz kiçik mühərrikli avtomobillər tutur.

Volkswagen Golf Volkswagen Golf

1-ci yerdə Almaniyanın Volkswagen markası gəlir. Bu markanın Golf modeli ən çox satılanların siyahısına başçılıq edir. Golf 1,4 litr həcmində turbo mühərrikə sahibdir və 147 at gücü verə bilir. Yanacağı az işlətsə də, gücləndirilmiş mühərrik hesabına sürətlənməsində də problem müşahidə olunmur.

Ümumiyyətlə son 3-4 il ərzində turbo mühərriklər sürətlə yayılmağa başlayıb və ehtimal etmək olar ki, 2021-ci ildə sadə mühərrik növü sıradan çıxmağa davam edəcək.

Toyota Yaris Toyota Yaris

Siyahıda 2-ci yeri Yaponiyanın Toyota şirkətinin Yaris modeli tutur. Yaris 1,5 litr həcminə 106 at gücünə sahib sadə mühərriklə istehsal olunur. Turbo mühərriklərin şıltaqlığından ehtiyat edənlər bu modelə üstünlük veriblər.

Renault Clio Renault Clio

3-cü yerdə gələn Fransanın Renault Clio modeli isə qənaətcilliyi ilə daha çox diqqəti çəkir. Azərbaycan kimi güclü mühərrik həvəskarı olan ölkələrdə təbii ki, bu model populyar ola bilməz. Clio modeli 1 litr həcmində mühərriklə 75 at gücü təklif edir. Sırf şəhər mühiti üçün nəzərdə tutulmuş bir avtomobildir.

Opel Vauxhall Corsa Opel Vauxhall Corsa

Siyahının 4-cü yerində Almaniyanın Opel Vauxhall Corsa modeli möhkəmlənib. 1,2 litr həcmində turbomühərrik maksimum 130 at gücü təmin edəcək. Modelin həmçinin sadə mühərrikli versiyası da var və 75 at gücü ilə satışa çıxır.

Peugeot 208 Peugeot 208

5-ci yerdə Fransanın Peugeot 208 modeli var. Bu model 1,2 litr həcmində sadə və turbo mühərriklərlə satışa çıxarılır. Mühərriklər növündən asılı olaraq 74, 99 və 128 at gücü verə bilir. Qənaətcil olması bu modeli də Avropada populyarlaşdırıb.

Növbəti yerlərdə isə krossoverlər gəlir. Hər iki model Fransa istehsalıdır: Peugeot 2008 və Renault Captur avtomobilləri müfaviq olaraq 6 və 7-ci yerləri bölüşürlər. Krossover olmasına baxmayaraq, hər iki avtomobil kiçik mühərrikə malikdir və yanacaq sərfiyyatında qənaətcildir.

Dacia Sandero, Ford Focus və Skoda Octavia isə 8, 9 və 10-cu yerdə möhkəmlənib. Bu avtomobillər də kiçik və qənaətli mühərriklərə malikdir. Baxmayaraq ki, ilk yerlərdə gələn avtomobillərlə müqayisədə bir az daha çox yanacaq sərf edirlər.

Jeep Compass Jeep Compass

Siyahıda sonrakı yerləri Ford Puma, Volvo XC40, Audi A3, Renault Zoe, Volkswagen ID.3, Kia Niro, Mercedes GLA, Skoda Kamiq, Jeep Compass, Mercedes GLB, Nissan Juke, Audi Q3 Sportback, Kia Xceed, Suzuki Ignis və BMW 2-ci seriya modelləri tutur.

Bu modellərin arasında güclü mühərriklər yer alsa da, yenə də əsasən qənaət prinsipi önə çıxıb.

Qeyd edək ki, Azərbaycanda da son illər turbo mühərrikli avtomobillərin satışı artıb. Amma bu tendensiya əsasən, ABŞ-dan "AuctionExport" saytı vasitəsilə hərracda alınaraq gətirilən avtomobillər hesabına güclənib.

Chevrolet Cruze Chevrolet Cruze

Son aylarda Azərbaycana ən çox idxal olunan avtomobillər Chevrolet Cruze modelləridir. Bu modellər 1,4 litrlik turbomühərriklə 141-153 aralığında at gücünə malikdir. Model özülüyündə uğurludur və keyfiyyətlidir. Amma bunların əksəriyyəti ağır zərbə almış, təhlükəsizlik yastıqları açılmış avtomobillərdir. Digər hissəsi isə ABŞ-da müxtəlif regionlarda yer alan sel və daşqınlar zamanı su altında qalmış maşınlardır.

Toyota Prius Toyota Prius

Azərbaycanda populyarlaşmış başqa bir avtomobil modeli də Toyota Prius-dur. Hibrid (elektrik və benzin) mühərrikə malik olması və bu üzdən də qənaətcilliyi bu modeli populyarlaşdırıb. Amma bu modellər də əsasən ABŞ-dan gətirilir və zərbə almış avtomobillərdir.

Azərbaycanda avtomobil idxalı üçün qanuni və qanunsuz xərclər çox olduğuna görə belə təhlükəli avtomobil idxalı forması işə düşüb. Zərbə almış və ya suda batmış avtomobillər ucuz qiymətə alınıb gətirilir, ya Gürcüstanda, ya da burada başdansovdu təmir edilib satışa çıxarılır.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
Son xəbərlər
Bütün xəbərlər »