Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sergey Lavrov: "Qarabağda vəziyyət normallaşır"
Sergey Lavrov

“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət normallaşır. Bakı və Yerevanın vəziyyətin sabitləşdirilməsi istiqamətində fəaliyyətlə bağlı üzərilərinə düşən öhdəliyi yerinə yetirdiklərini məmnunluqla qeyd edirik”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağdakı vəziyyətlə bağlı TASS-ın sualına cavabında bildirib.

O əlavə edib ki, Rusiya atəşkəslə bağlı razılaşmanın təminatçısı kimi funksiyasını yerinə yetirir: “Atəşkəs rejiminin istənilən halda pozulmaması, ərazilərin partlayıcı vasitələrdən təmizlənməsi, əsirlərin və ölənlərin meyitlərinin mübadiləsi, qaçqınların qayıtması və daxili hərəkət zaman təhlükəsizliyin təmin edilməsi, vacib humanitar məsələlərin həll olunması, tarixi abidələrin qorunması, nəqliyyat yollarının açılması və iqtisadi əlaqələrin qurulması gündəlikdə duran məsələlərdir”.

S.Lavrov bildirib ki, bütün istiqamətlərdə müsbət tendensiya müşahidə edilir.

O, atəşkəs rejiminin dekabrın 13-də pozulduğunu Azərbaycan və Ermənistanın birgə səyi nəticəsində vəziyyətin nəzarət alına alındığını vurğulayıb.

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »