Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SOCAR-ın Baş ofisinin işçiləri əmək haqlarının 10 %-ni “YAŞAT” Fonduna köçürür
SOCAR

Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr fərmanına əsasən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu yaradılıb. Respublikamızın ictimai həyatında daim yaxından iştirak edən SOCAR-ın Baş ofisinin əməkdaşları Fondun fəaliyyətinə öz töhfələrini vermək qərarına gəliblər.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildiriblər.

Məlumata görə, onların təklifləri və Baş ofisin Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsünü nəzərə alan şirkət rəhbərliyi “YAŞAT” Fonduna Baş ofis əməkdaşlarının (şəhid ailələrinin üzvləri, qazilər, hazırda döyüş bölgəsində olanlar istisna edilməklə) 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10 %-i həcmində maliyyə yardımı göstərilməsini məqsədəuyğun hesab edib.

Qeyd edək ki, 2020-ci ildə COVID-19-la mübarizə çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna SOCAR işçiləri tərəfindən 1 milyon manatdan artıq vəsait köçürülüb. Həmçinin SOCAR-ın müxtəlif strukturlarının əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində paytaxtın müxtəlif rayonlarında, eləcə də ölkənin müxtəlif bölgələrində yardım kampaniyalarında iştirak edərək ahıllara, aztəminatlı ailələrə ərzaq yardımları göstəriblər.

Vətən müharibəsi zamanı SOCAR işçilərinin könüllü fərdi ianələri nəticəsində toplanan 5 milyon manata yaxın məbləğ isə Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülüb.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »