Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin Britaniya ilə bağladığı sazişin Azərbaycana mühüm təsiri barədə
Laçın dəhlizi

2021-ci ilin yanvar ayının 1-dən etibarən Türkiyə ilə Böyük Britaniya arasında azad ticarət haqqında razılaşma işə düşür.

1995-ci ildə Avropa Birliyi ilə imzalanmış Gömrük İttifaqı müqaviləsindən sonra Türkiyənin tarixində ən vacib ikinci iqtisadi anlaşma sayılan bu sənəd ilk görünüşdə kənd təsərrüfatı məhsulları üzrə ixrac-idxal proseslərini ehtiva etsə də, məzmununda Azərbaycanı da maraqlandıran detallar var. Belə ki, Azərbaycan, Türkiyə və Britaniya arasında aparılmış danışıqlara görə, Ermənistanın Mehri rayonundan keçərək Naxçıvana çəkiləcək nəqliyyat dəhlizi işə salınmalıdır.

Naxçıvan Naxçıvan

Başqa sözlə desək, bu saziş Dəhliz layihəsinin reallaşmasında ikinci addım hesab oluna bilər. Bu dəhliz Azərbaycan məhsullarının dünya bazarına rahatlıqla çıxışını təmin edəcək, yeni imkanlar əldə edilməsinə fürsət yaradacaq.

Qeyd edək ki, bu iki ölkə arasında ticarət dövriyyəsi 16 milyard dollar təşkil edir və onun 11.3 milyard dolları Türkiyənin ixracının payına düşür.

Sənayenin Qərbdən Şərqə köçürülməsi həmin dövlətlər üçün böyük imkanlar yaradır. Elə təkcə Çin nümunəsini göstərmək yetərlidir.

bazar

Müasir dövrdə inkişafın şərti biotexnologiyalardan tutmuş informasiya texnologiyalarına qədər, son dərəcə bahalı sahələrin yaradılması olsa da, ağır və yüngül sənaye, müasir kənd təsərrüfatı inkişaf etməkdə olan ölkələrin ixrac potensialını dəfələrlə artırır, ölkəyə valyuta gətirir və ən əsası, əhalinin böyük əksəriyyətini işlə təmin etməyə şərait yaradır.

Nəzərə alsaq ki, ölkəmizin kadr potensialı üstündür, əməkhaqqı dəfələrlə aşağıdır, infrastruktur və energetika imkanları qısa müddətdə Qərbin sənaye əlavəsinə çevrilməyə şərait yarada bilərdi. Bu isə kütləvi işsizliyin başa çatmasına, neft sənayesindən asılılığın azalmasına və inkişafa səbəb olar.

İlhamə

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »