Azərbaycan Əfqanıstanda səfirlik açır.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.
Gündəliyə “Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi əlavə edilib.