Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Müharibədən qaçmağın ancaq bir yolu vardı-torpaqları qaytarmaq və Dağlıq Qarabağın statusunu yaddan çıxarmaq...”
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan öznünün Facebook səhifəsində onu müharibənin qarşısını almaq üçün “çevik siyasət” yürütməməkdə günahandıran müxalifətə cavab yazıb.

Virtualaz.org “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, müharibədən qaçmağın ancaq bir yolu vardı-əraziləri qaytarmaq və Dağlıq Qarabağın statusunu yaddan çıxarmaq.

Paşinyan qeyd edir ki, “çevik siyasət” tərəfdarları uzun illər ərzində müharibədən qaçmaq siyasəti aparıblar və müharibəyə hazırlaşmayıblar. “Bu tezisi ortaya atanlar ən azından bu suala cavab verməlidir: nəyə görə onların “çevik” siyasəti nəticəsində 2016-cı ildə müharibədən qaçmaq mümkün olmadı?”,-Paşinyan bildirib.

Ermənistan baş nazirinin fikrincə, “çevik” siyasət uzun illər ərzində ona gətirib çıxardı ki, 2016-cı ilin yanvarında Rusiya 7 rayonunun (5+2) qaytarılmasını və Dağlıq Qarabağın yekun statusuna dair hər hansı dəqiqləşdirmələrin olmadığı təklif ortaya qoydu.

“Rusiya nəyə görə bu təklifi irəli sürdü? Çünki Ermənistanın “çevik” siyasətinin nəticəsində Madrid prosesi dalana dirəndi, çünki Dağlıq Qarabağ Azərbaycandan kənarda ancaq Azərbaycanın razılığı ilə status ala bilərdi. Rusiya və hamı üçün isə aydın oldu ki, Azərbaycan heç vaxt bu varianta razılaşmayacaq (onun razılaşmamaq üçün kifayət qədər imkanları vardı), ona görə də prosesi dalandan çıxarmağın yollarını tapmaq lazım idi. Yeri gəlmişkən, əgər bəzilərinin bu iddiaları doğrudursa ki, 2018-ci ildən sonra Ermənistanın siyasəti kifayət qədər rusiyameylli olmayıb və bu da müharibəyə səbəb olub, o zaman nəyə görə “kifayət qədər rusiyameylli siyasət yürüdüldüyü” 2016-cı ildə Rusiyanın belə təklifi ortaya çıxdı və aprel müharibəsi oldu?”,-Paşinyan yazır.

Ermənistan baş naziri qeyd edir ki, indi müharibəni uduzandan sonra onu “çevik siyasət aparmamaqda” günahlandıranların sayı məlum səbəbdən artıb. Lakin onlar nəzərə almırlar ki, müharibədən qaçmağın yeganə yolu əraziləri qaytarmaq və Dağlıq Qarabağın statusunu yaddan çıxarmaq idi. “Və belə olanda Azərbaycan yol nişanı yenə də Gorusun yaxınlığındakı Eyvazlı sahəsində meydana çıxacaqdı”,-o bildirir.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
Son xəbərlər
Bütün xəbərlər »