Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Həkimləri İctimai Birliyinin (AHIB) bəyanatı
koronavirus

COVİD-19 pandemiyası qlobal bir faciə kimi bəşər tarixində öz unudulmaz izini qoymaqdadır. Ölkəmizdə də əhalinin böyük hissəsinin yoluxması xeyli çətinliklər yaradıb.

Zaman göstərdi ki, ambulator və stasionar xidmətə tibbi rəhbərliyin ayrı-ayrı qurumlara tapşırılması, vahid rəhbərliyin olmaması pandemiya ilə mübarizə işinin effektiv təşkilinə ciddi əngəl törətdi. Nəticədə xəstələrin vaxtında aşkar edilməsi üçün götürülən testlərin bəzən 1 həftəyə qədər geçikdirilməsi, onların bu zaman ərzində ətrafdakıları yoluxdurma imkanının nəzərə alınmaması, nəzarətdən kənarda qalan xəstələrin özbaşına müalicə qəbul etməsi, müalicə prosesində antibiotiklərin, antiviral dərmanların kortəbii və kütləvi istehlakı, dərman bazarında yaranmış qıtlıq, süni qiymət artımı və ajiotaj onsuz da çarəsiz durumda olan insanların vəziyyətini daha da qəlizləşdirildi.

Geniş coğrafiyada yoluxmanın baş verməsi, infeksiyanın kaskad şəklində yayılması ciddi narahatçılıq yaradır. Vaksinasiyanın aparılması heç də insanları arxayın salmamalıdır. Bu pandemiyanın tezliklə sonunu gətirməyəcək. Ona görə də paralel olaraq 3 qızıl karantin qaydaları da pandemyanın son zənginə qədər gözlənilməlidir. Digər tərəfdən, əgər xəstələrin faktiki, real qeydiyyatı bilinmirsə, peyvəndləmə hansı prinsiplər əsasında aparılacaq? Bu sual xeyli düşündürücüdür.

Dövlət qurumları, xüsusilə Operativ qərargah vaksinasiya ilə bağlı işləri ciddi təşkil etmək üçün ilk növbədə maarifləndirmə tədbirlərini gücləndirilməlidir. Bu gün əhalnin maarifləndirməyə və psixoloji reabilitasiyaya ciddi ehtiyac vardır.

Yuxarıda göstərilənləri nəzərə alaraq AHİB bəyan edir:

1. Pandemiya ilə mübarizənin effektivliyini artırmaq üçün səhiyyə sisteminin ikili idarəçilikdən (SN və TƏBİB) vahid idarəetmə mərkəzi ilə əvəzlənməsi məqsədəuyğundur.

2. Artan xəstə sayını və çarpayı problemini nəzərə alaraq zamanında bu meyarlar müəyyən edilsəydi, bu günkü mənzərə yaranmazdı. Ağır, boğulan xəstələr çox vaxt köməksiz evdə qalır, yüngül xəstələr isə müəyyən korporativ zəmində xəstəxanalara yerləşdirilir. Ona görə də COVID-19 xəstələrinin xüsusi ayrılmış xəstəxanalara yerləşdirilməsi üçün meyarlar müəyyən edilməli və ictimaiyyətə açıqlanmalıdır.

3. Bəzi deputatların da qeyd etdiyi kimi apteklərdə ciddi dərman qıtlığı mövcuddur, bu hal evdə müalicə alan xəstələrin sağalmasına ciddi maneələr törədir. Burada sabotaj elementləri də sezilməkdədir. Bir çox hallarda tələb olunan dərman preparatları qara bazarda şişirdilmiş qiymətlərə satılır. Bu sahədə müvafiq qurumlar təcili tədbirlər görməlidir.

4. Evdə məcburiyyət ucbatından müalicə alan CoVID-19 xəstələrinə yazılan qeyri-peşəkar reseptlər onların durumunu ağırlaşdırır, hətta bəzi hallarda ölümə səbəb olur. Bu kateqoriyadan olan xəstələrin bir çox hallarda dərman preparatlatını almağa maddi vəsaiti çatmır. Rəsmi səhiyyə qurumları tərəfindən evdə müalicə alan xəstələrin vəziyyətinə, yanaşı xəstəliklərinə uyğun olaraq müalicə meyarları ictimaiyyətə təqdim edilməsi məqsədəuyğundur.

5. Apteklərdə, marketlərdə maskaların pulsuz paylanması tövsiyə olunsun.

6. Yoluxmuş tibb işçilərinə daha çox diqqət, qayğı göstərilməsi üçün xüsusi xəstəxana ayrılması məqsədəuyğundur, çünki yoluxmuş tibb işçilərində, xüsusı reanimatoloqlarda əksər hallarda virus yükü çox olur və xəstəliyi ağır keçirirlər, bəzən də həyatlarını itirirlər. Pandemiya ilə mübarizədə həyatını itirmiş həkimlərin, tibb bacılarının və digər köməkçi personalın xatirəsini əbədiləşdirmək və onların ailələrinə müvafiq kompensasiyaların verilməsi vacibdir. Pandemiya ilə mübaruzə apararkən yoluxub işləyə bilməyən həkim və digər tibb işçilərinə sağalana qədər müvafiq artım maaşlarının verilməsi (kəsilməməsi) çox yaxşı addım olar.

7. İnfodemiyanın, vaksin tərəddüdünün, antivaksin təbliğatının qarşısını almaq üçün 2020-ci ilin may ayında ÜST-ün CoVİD-19-la mübarizə haqqında Dünya Səhiyyə Assambleyasının sessiyasında qəbul etdiyi WHA 73.1 saylı qətnamənin tələbləri çərçivəsində inzibati və hüquqi tədbirlərin görülməsi təmin edilsin.

8. AHİB Azərbaycan dövlətinin və xalqın yanındadır və pandemiya ilə mübarizənin istənilən pilləsində öz üzvləri ilə mümkün olanı etməyə hazırdır.

AHİB təşəbbüs qrupu

Bakı şəhəri,

28 dekabr 2020

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarını dağıdan məmurlar Ermənistanı sevindirdilər
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »