Xorvatiyada zəlzələ nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Brakni bələdiyyə sədrinin müavini Baksiç-Mitiç açıqlamasında bildirib.
"index.hr" xəbər portalının yaydığı xəbərdə isə bildirilib ki, qeyri-rəsmi məlumatlara görə, Maysk-Polyanada daha 1, Sisak yaxınlığında Jazhində yerləşən kilsədə 1 nəfər ölüb.